Stress - orqanizmin mənfi hisslərə, monoton həyata, artan fiziki, mənəvi işə qarşı reaksiyasıdır.
Belə gərginlik dövründə orqanizmdə zehni fəaliyyətin aktivləşməsinə kömək edən hormon adrenalin istehsal edilir ki, bu da zehni fəaliyyəti aktivləşdirir. Bununla belə, ciddi gərginliklər zamanı duyğularda zəiflik, aydın və ardıcıl düşünmə qabiliyyətinin aşağı düşməsi baş qaldırır və nəticədə müxtəlif ağrılı xəstəliklərin inkişafı biruzə verir.
Stressi necə müəyyən etməli?
Stressin simptomatikasını bilməklə, öz orqanizminizə və ya ətrafdakı insanlara kömək etmiş olarsınız.
Hormon dozalarının artması qanın duz balansını poza bilər. Qida həzmini gücləndirir, təzyiqi artırır, qanda leykositlərin sayını artırır, allergik reaksiyaların inkişafına səbəb olur, immunitet sistemini sanki yükləyir.
Stress dövründə ürək döyüntüsü sürətlənir, qan şəkərinin miqdarı artır, insan tez-tez, aralıqlarla nəfəs alır. Fiziki fəaliyyətin olmaması səbəbi ilə, stress zamanı orqanizmdə yüksək dozada alınan bioloji aktiv maddələr, uzun müddət qan dövranı, sinir sistemini və bədəni bütün olaraq gərginlikdə saxlayır.
Məsələn, əzələlərdə yüksək qlukokortikoid hormonlarının konsentrasiyası zülalların və nuklein turşularının parçalanmasına səbəb olur, bu da nəticədə əzələ distrofiyasına gətirib çıxarır.
Sağlam olun!