Xroniki yorğunluq sindromu - ən çox yayılmış diaqnozdur ki, özünüzə və ətrafdakılarınıza yansadırsınız. Xroniki yorğunluq sindromundan neçə uzaqlaşaq? - sualına bu məqalədə aydınlıq gətirəcəyik.
Yorğunluq müxtəlif formada olur. Bəzən gərgin işdən sonra sanki insan tükənir. Tam yuxu və normal qida rejimi gücün bərpası üçün yetərlidir. Belə yorğunluq halları təhlükəli olmur. Yüksək gərginlik zamanı bu orqanizmin sankı sağlamlıq reaksiyasıdır.
Lakin bəzi simptomlarda yaranır ki, onların üstündən yan keçmək olmaz.Səbəb araşdırılmalı və orqanizimin ruh və fiziki vəziyyətini bərpa etmək üçün çıxış yolu axtarılmalıdır. Səhərlər sizə yuxudan qalxmaq çətindirsə, yeni işlər üçün plan qurmaq mümkünsüzləşirsə, daima işinizi ərtələmək, yatmaq istəyi olursa, daima şirniyyat istəyirsinizsə bu xroniki yorğunluğun əlamətləridir. Həftə sonundan sonra istirahət etmiş əhvalınız yoxdursa, panik hisslərə qapılmalar "daha bacarmıram, bəsdir!" kimi üsyankar fikirləriniz olursa, bu zaman sağlamlığınız barədə ciddi düşünməyiniz gərəklidir.
İlk olaraq, həkimə müraciət etməmişdən öncə yuxu rejiminizi normaya salmalısınız.
22:00 da bütün kompüter çihazlarını söndürməlisiniz. Yuxuya hazırlıq başlamalı, 23:00 da isə atrıq yatmalısınız. Yuxudan öncə əgər sosial şəbəkələrə nəzər yetirsəniz yuxuya getməyiniz tez baş verəcəkdir. Yaxşı olardıki, bir fincan bitki çayı içib, körpənizə kitab oxuyub yuxuya gedəsiniz.
İkinci mərhələ - qida rejimi. Səhər, nahar və şam yeməyi üçün dəqiq vaxt müəyyən edin. Heç bir pəhriz saxlamayın, doyunca yeyin. Əlavə atışdırmalar olmadan. Lakin qənd, şirniyyat, rafinə olunmuş yağlardan imtina edin. Ev çörəyi və kekslərdən istifadə edin. Hər gün bir saatdan az olmaraq istirahətinizə zaman ayırın. Hər gün gəzintiyə çıxın ən azı 1 saat. Fikirlərinizə rahatlıq verin. Orqaniziminizə özünü müstəqil olaraq idarə etməyi, ilk olaraq özü özünə yardım etməsinə imkan yaradın.
Xroniki yorğunluq - qalxanabənzər vəzinin və ya böyrəküstü vəzilərin müxtəlif pozuntularının təzahürüdür. Nə qədər tez həkim səbəbini müəyyənləşdirib, müalicə təyin edəcək, bununla sağalmağınız daha asan olacaq!
Sağlam olun!