Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Uşaqlarda həddən artıq kökəlmənin səbəbləri

 Uşaqlarda həddən artıq kökəlmənin səbəbləri

Təəssüflər olsun ki, artıq çəki müasir uşaqlarda tez - tez rast gəlinən haldır. 

Əslində, uşaq piylənməsinin, artıq çəkisinin qarşısını almaq mümkündür. 

Mütəxəssislərin fikrincə, uşaqlıq dövründə piylənmənin 2 əsas növü var: alimentar (düzgün olmayan qida rasionunun həyat tərzinə daxil edilməsi səbəbindən yaranır) və endogen (daxili orqan xəstəlikləri səbəbindən).

1. Normadan artıq qidalanma ilə yaranan köklük. Valideynlərdən ən az birinin çəki almağa meyliliyi varsa, ailənin yüksək kalorili qidalarlardan istifadəsi baş verir ki, bu zaman: şirniyyat, un məmulatları, yağlı qidalar rasiona salınır.

2. Uşaq televiziya və ya kompüterə vaxtının çoxunu sərf edirsə, az hərəkət edir və passiv həyat sürür, idmanla məşğul olmur oynamır - bu alimentar kökəlmənin başqa bir nümunəsidir.

3. Südəmər körpələrdə körpənin kökəlməsinə səbəb, lipid (yağ) və karbohidratlarla dolu olan qida rasionunun olması səbəb ola bilər.

4. Əgər körpə normadan artıq çəkidə doğularsa, tiroid hormonunun yoxlanmasına xüsusi diqqət yetirilməlidir və uşaq endokrinoloquna mütləq göstərilməlidir.

5. Artıq çəki uşağda əzələ zəifliyi, çəpğözlük və ya zehni geriləmə ilə müşayiət olunsa, bu, irsi patologiya ola bilər.

6. Yağ kütləsi üz, boyun və qarın nahiyyəsində daha çox müşahidə olunarsa, bənövşəyi rəngində dartınmalar görünərsə, uşağın böyrəküstü vəzisini müayinədən keçirtmək lazımdır.

7. Nadir hallarda, piylənmə - beyin travmaları və beyin iltihabından sonra baş verə bilər. Bu hallarda hipofiz vəzinin istehsal etdiyi hormon yoxlanmalıdır.

Bir qayda olaraq yuxarıda göstərilən səbəblər, bəzi hallarda normadan artıq kökəlmənin səbəbləri olur. Əsasən uşaqlarda kökəlmə problemləri aşağı fiziki aktivlik və qeyri-sağlam rasion nəticəsində yaranır.

Sağlam olun!

Pediatrlar