Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Uşaqlarda görmə problemi

Uşaqlarda görmə problemi

Ekspertlər qeyd edirlər ki, ibtidai və orta məktəb çağında olan uşaqlar dərslərin çoxluğu-yüksək gərginlik səbəbindən görmə qabiliyyətinə həssas periodda olurlar.

Uşaq oxu və ya yazıdan sonra baş ağrısından şikayət etməyə başlarsa, televizor və ya kompüter ekranına yaxın məsafədən baxmağa çalışırsa, kitab və ya notebooku ayaqlarının üzərinə qoyub baxarsa valideynlər oftalmoloq ilə əlaqə saxlamalıdırlar. Çünki bu əlamətlər, görmə qabiliyyətinin pisləşməsinin ilk əlamətləri ola bilər.

Məktəb çağında olan uşaqlar arasında ən çox rast gəlinən görmə qabiliyyətinin pozğunluqları aşağıda qeyd olunanlardır:

  • miopiya (yaxıngörmə),
  • hipermetropiya (uzaqgörənlik),
  • çəpğözlük,
  • spazmlar (yorğun göz sindromu),
  • konyunktivit (göz membranının iltihabı).

Görmənin pisləşməsinin qarşısını almaq üçün həkimlərin tövsiyyələri:

  • Uşağın iş yerini lazımi şəkildə təchiz etmək (işıqlandırma sol tərəfdən, masa uşağa uyğun hündürlükdə, arxalı kürsü olmalıdır)
  • Ev tapşırığı zamanı duruşu-qaməti müşahidə etmək, gözlər üçün müxtəlif məşqləri yerinə yetirmək (sola, yuxarıya və aşağı baxmaqla),
  • Açıq havada gəzinti (gəzinti vaxtı, oxuma, yazı və s. daha uzun müddətli olmalıdır)
  • Kompüter və ya televiziya izləmələrini azaltmaq lazımdır.

Əgər valideynlər ev tapşırığı və ya kitab oxuması zamanı uşağın davranışında hər hansı bir dəyişik görsələrsə, dərhal həkim-oftalmoloqa müraciət etməlisiniz. Oftalmoloq tərəfindən araşdırma, diaqnostika və müalicə şən oyun xarakterli keçirilir, bu zaman, uşaqlar həkimlərdən və proseduralardan qorxmurlar, yaxşı əhval - ruhiyyədə olurlar və bu da tezliklə yaxşılaşmalarına kömək edir.

Yüksək texnalogiyalı tibb avadanlıqıarının sayəsində uşaq oftalmologiyası bir çox göz problemləri ilə uğurla mübarizə aparır.

Uşaqlarınızın sağlam və xoşbəxt yaşamalarına kömək edin, dünyanı olduğu kimi parlaq və aydın görsünlər!

Sağlam olun!

Oftalmoloqlar