Tinnitus - eşidilən səsin faktiki daxili qıcıqlandırıcı olmadan qavrayışı deməkdir. Bu bir xəstəlik deyil, lakin orqanizmdə sağlamlıq probleminin olduğunu bildirir.
Səs-küy (fit, zəng və. s tipli) səslər daimi və dövri ola bilər. Səs qıcıqlayıcıları həyat keyfiyyətinə təsir göstərir: yuxuya mane olur, sakit halda işləməyə mənfi təsirini göstərir.
Tinnitusun səbəbləri
Tinnitusun yaranma səbəbləri - yoluxucu xəstəliklər, eşitmə sinir şişləri və ya zəhərli dərmanlar (antibiotiklər, qeyri-steroid antiinflamatuar dərmanlar) təsirindən yarana bilər.
Beyin damarlarının aterosklerozu, hipertoniya və nevroloji xəstəliklər patoloji hallara səbəb olur.
Qulaqlarda və başda səs-küylər daimi çəkilişlər, hər hansı bir əşyaya daimi toxunma nəticəsində çıxan səslər, yüksək səsdə musiqiyə qulaq asma, qulaqcıqlar ilə daimi dinləmə zamanı qalıcı xarakter ala bilir.
Tinnitusun digər yaranma səbəbləri bunlardır:
Tinnitusun simptomları
Tinnitus daimi və periyodik ola bilər, bəzən başın mərkəzində, birində və hər iki qulağında baş verir. Müalicə zamanı obyektiv səs-küy həkim tərəfindən eşidilir, subyektiv səs-küy yalnız xəstə tərəfindən eşidilə bilir.
Davamlı tinnitus beyin qan dövranının funksiyalarının pozulmasından və ya bəzən insultdan xəbər verir. Qulaqda periyodik tutulma və ya səs-küy, iltihablı proseslər zamanı baş verir.
Tinnitus müalicəsi
Tinnitusun müalicəsində əsas amil səbəbin aradan qaldırılmasıdır. Məsələn; qulaq "probkası" təmizlənməli, xüsusi məhlullar (furatsilin) ilə yuyulmalı, terapiyada toksik təsir göstərən dərmanları ləğv etmək lazımdır. Bütün hallarda mütəmadi Otolarinqoloq həkim müayinəsi tövsiyyə edilir.
Sağlam olun!