Çox vaxt aynaya baxarkən, biz öz dərimizdə olan problemlərdən narazılıqlarımız doğur. Üzdə yeni qırışın, gözlər altındakı dairələrin, yorğunluqla əks olunan çökəkliklərin və ya ən uyğun olmayan anda üzünüzdə sızanaqın çıxması əhvalımızı dəyişə bilir.
Çoxları televiziyada reklam olunan super kremləri əldə etmək üçün mağazaya gedir və ya onlayn sifariş edirlər. Təbiidir ki, üz dərimizi bədən nahiyyələrimiz kimi geyimlə ötə bilmirik, simamız bizim vizit kartımızdır.
Harda olmağımızdan asılı olmayaraq, üzümüzü hamı görə bilir.
Kosmetoloji şirkətlər təsdiqləyirlər ki, kremlərsiz, maskalarsız və ya lasyonlarsız həyat mümkünsüzdür. Halbuki, krem yalnız xaricdən problemli əlamətləri qaldırır, problemin yaranma səbəbi isə olduğu kimi qalır.
Gözəl dəriyə sahib olmaq üçün orqanizmə kömək etmək lazımdır:
1. Orqanizmi bərpa edən qidalar yemək
Ağır qidanın qəbulu, həzm sistemində toksinlərin formalaşmasına kömək edir. Nəticədə, orqanizmin "kirəclənməsi" baş verir. Bu səbəbdən rasiondan zərərli olan məhsullar çıxarılmalıdır:
2. Təbii kosmetikalardan istifadə etmək
Orqanizmimiz təkcə qəbul olunan qidalarla yox, həmçinin simamız xarici təsirlərdən qidalandırır. Üz dərisi ona tətbiq olunan bütün təsirləri (təbbi və ya kimyəvi) qəbul edir.
Buradan sual ortaya çıxır, üz dərisinin məsamələrini tıxandırmadan necə təbii yolla qidalandırmaq olar?
Çox sadə, özünüzün yeyə biləcəyiniz məhsullardan istifadə etməlisiniz! Təbii məhsullardan və ya təbii yağlardan (şaftalı, badam yağı və s.) evdə hazırlanmış kremlərdən istifadə etsəniz kifayətdir.
3. Sağlam tam yuxu - sağlam dərinin təməlidir
Tam yuxu zamanı dəri sözün əsl mənasında dincəlir. Məhz yuxu zamanı orqanizmin bərpası, regenerasiyası başlayır. Melatonin maddəsi yuxu zamanı istehsal olunur, bu zaman dəri bərpası yenilənməsi baş verir. Melatonin maddəsinin çatışmazlığı dərinin sürətlə qocalmasına səbəb olur.
Sağlam olun!