Qlüten - Çörək, makaron, bütün dənli bitkilər, pivə, kaşa və s. kimi məhsulların tərkibində olan zülaldır. Qlüten səhər yeməyində, hazır souslar, yoqurt, hətta pomada da ola bilər. Qlüten yapışqana bənzəyir, buna görə də hazır qida toxumalarını və görünüşünü yaxşılaşdırmaq üçün məhsullara əlavə olunur. Bu xüsusiyyətə görə qlüten - yapışqan adlandırılır.
Qlütensiz bir çox məhsulların saxlama müddəti az olardı. Qlüten şirniyyat - çörək məhsullarını yumuşaq və zərif edir. Lakin, bütün üstünlükləri ilə yanaşı "yapışqan" xüsusiyyəti ilə, mədənin həzm işini çətinləşdirə bilir və bu ağır qida allergiyası ilə nəticələnə bilər.
Deməli, qlüten zərərlidir?
Tibbi araşdırmalar hələ də insanlara zərər verdiyini təsdiqləməyiblər. Bəzi həkimlər deyirlər ki, dənli bitkiləri mədə gec həzm etdiyindən mədə konsentrasiyası pozulur bu zaman zərərli ola bilir. Ancaq yenə bu mövqedə indiyə qədər heç bir sübut yoxdur.
Bəs qlütenə qarşı dözümlülüyümüz varmı?
Xəstəlik böyüklərin 1% -ində baş verir. Laktoza mənimsənilməməsi ilə bağlı genetik xəstəlik sayılır. Valideynlərinizdə qlütenə qarşı həssaslıq varsa, bu sizin üçündə keçərli ola bilir.
Bu vəziyyətdə, xronik şişlik, davamlı ishal, kəskin qoxu və digər həzm pozuntuları ilə şikayətlər olur.
Qlütenə qarşı allergiyanız varsa bu zaman baş ağrıları, saç tökülməsi, immunitet zəifliyi baş verir.
Xəstəliyin simptomatikası elədə özəl səbəblər sayılmaz. Bu səbəbdən xəstə xəstəliyin fərqinə varmaya bilər. Lakin, bundan qurtulmaq üçün bəzi qaydalara riayyət etməyiniz kifayətdir.
Marketdə alış veriş zamanı mütləq aldığınız məhsulların tərkiblərinə nəzər yetirin.
Son illərdə qida bazarında qlüten tərkibsiz məhsulların sayı artıb.
Qlüten tərkibsiz kaşa və makaronları bele artıq rahatlıqla marketlərdə tapmaq olur. Hər zamanki kimi, ət, yumurta, düyü, qoz, təzrəvəzlər, təbii süddən olan məhsullar sizin menyunuzda qalmaqla sağlam qidalana biləcəksiniz.
Sağlam olun!