Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Qaraciyəri necə qorumaq lazımdır

Qaraciyəri necə qorumaq lazımdır

İştahınızı itirmisinizsə, yağlı qidaları qəbul edə bilmirsinizsə və tez-tez mədə bulanması və ağızınıza acı bir dad, köpmə halları hiss etsəniz, o zaman mütləq qaraciyərin qayğısına qalmaq lazımdır.

Qoruyucu tədbirlər

Qaraciyərin orqanizmin işçisi olması və funksiyalarının icrası zamanı çətinliklər yaranmasına baxmayaraq, çox gözəl prosesin öhdəsindən gəlir.

Gəlin, qaraciyərin işinin bərpasına və normallaşmasına kömək edən vasitələri öyrənək:

Sağlam qida rasionu və düzgün qida rejimi

Yağlı və yüksək kalorili qidaları qəbul edərkən, qaraciyərə həddindən artıq yük düşür. Məsələn, bədənimizə artıq miqdarda daxil olan yağ - virusları asanlıqla çoxalda bilir, bu da iltihabların yaranmasına səbəb olur.

Bu səbəbdən düzgün bəslənmə prinsiplərinə riayət etmək son dərəcə vacibdir: ədviyyatlı, yağlı qida və siqaret istifadəsini minimuma endirmək və ya tamamilə tərk etmək vacibdir.

Sarımsaq və soğanı yalnız çox zərərli olmayan xardalla əvəzləyə bilərsiniz.

Eyni zamanda birgə qəbulu düzgün olmayan məhsulları qəbul etməyin: yumurtalı balıq, balıqlı ət, süd məhsulları ilə ət, pomidorlu xiyar və s. Bol miqdarda tərəvəz və meyvə istifadə edin.

Qızardılmış məhsullar yerinə para verilmiş və ya qaynadılmış məhsulları qəbul edin. 

Qidalanma prinsiplərindən istifadə edin

Gün ərzində kiçik porsiyalarla 5-6 dəfə yemək qəbul edin. Spirtli içki qəbulunu məhdudlaşdırın, orqanizm spirtli içkini zəhər kimi qəbul edir. Qaraciyər - qanı qəbul edilmiş spirtli içkidən təmizləmə zamanı filtirasiyası təcili şərtlərdə funksionallaşmağa məcburdur. Spirtli içki qaraciyərin hepatitdən sonra 2 ci düşməni sayılır. Alkoqoldan imtina edərək, qaraciyərin təmizlənməsi və bərpasını müşahidə edə bilərsiniz.

Həyat tərzinizi dəyişdirin

Həyatınızı aktiv istirahət ilə diversifikasiya edin: təbiətdə gəzin, velosipedlə və ya ayaqla gündəlik gəzintiləri təşkil edin. Bu cür fəaliyyətlər sizə təkcə zövq verməyəcək, həm də normadan artıq qidalanma və alkoqoldan istifadənin qarşısını alır.

Gigiyena və sanitariya qaydalarına riayət edin 

Əsas gigiyena qaydalarına diqqət yetirməmək müxtəlif xəstəliklərin əldə olunmasına gətirib çıxara bilər. Məsələn; sarılıq çirkli əllərin xəstəliyi hesab olunur, mütəmadi əllərinizi yuyun, nəqliyyatdan istifadədən, marketlərdən gəldikdən mütləq əllərin gigienasını unutmayın.

Təmiz meyvə yeyilməsinə diqqət yetirilməlidir 

Meyvə və tərəvəzləri hərtərəfli təmiz yuyun, ət, balıq və s. Bəzən belə profilaktik tədbirlər qaraciyərin sağlamlığını qorumaq üçün kifayət deyil. Bədəni güclü dərmanların, antibiotiklərin və ya kimyaterapiya prosedurlarının zərərli təsirlərinə məruz qaldığı hallarda sadalanan vacib, əlavə tədbirlərlə ciddi qorunma lazımdır.

Sağlam olun!

Hepatoloqlar