Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Osteoartrit: xəstəliyi dayandırmaq mümkün olacaqmı?

Osteoartrit: xəstəliyi dayandırmaq mümkün olacaqmı?

Yaxın günlərdə dünyada Dünya Artrit Günü qeyd olundu. Onun ən çox yayılmış növü Osteoartrit və ya Osteoartrozdur, Beynəlxalq Xəstəliyin Təsnifatı (ICD 10)dur. Bu, intraartikulyar qıığırdağın dağılmasına, ovulmasına və yırtılmasına səbəb olan bir xəstəlikdir. Yəni ilk növbədə xəstəlik - qığırdaq toxumalarının metabolizmasının pozulması ilə ön plana çıxır, sonrakı mərhələlərdə intihabi proseslərlə özünü biruzə verir. 

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu gün 60 yaş üstü kişilərin 10% -i və qadınların 18% -i osteoartritdən əziyyət çəkir. 

Orta hesabla, artıq 55 yaşdan sonra, insanların əksəriyyəti qeyd olunan nahiyyələrdən ən azı birində ağrı hiss edirlər: diz, omba, bel və əl-ayaq tutmaları. Bəzi alimlər hesab edirlər ki, osteoartrit üçün heç bir müalicə yoxdur. Vasitələr yalnız ağrıları yüngülləşdirir, xəstəliyin tam müalicəsi isə mümkün deyil. Osteoartritdən əziyyət çəkən insanların vəziyyətinin yaxşılaşdırılmasına dair tədqiqatlar, xəstəliyin inkişafını dayandırmaq üçün metodların axtarışı davam edir.

Ancaq çox sayda tədqiqatçı ümumiyyətlə artritin yaşlanma prosesinin məcburi təsiri olduğuna inanmır. Onların fikrincə, bu tamamilə qarşısı alınan bir xəstəlikdir. İnsanlar oynaqlarda ağrılar və hərəkətlilik məhdudiyyətlərini artırmadan, 60, 70 və hətta 80 yaşa qədər yaşayırdılar. Maraqlı faktdır ki, İkinci Dünya müharibəsindən sonra osteoartrit xəstəliyi 2 dəfə artıb. Bu isə o deməkəkdir ki, xəstəliyin profilaktikasına xəstəliyin müalicəsindən çox önəmsəmək lazımdır. Oynaqlardakı problemlərin qarşısını neçə qabaqlamaq olar? Bunu etmək üçün, daima çəkinizi izləmək, müntəzəm fiziki fəaliyyətilə məşğul olmaq lazımdır, belə ki, oynaqların davamlı olaraq işlədilməsi, oksigen və qida ilə (kalsi, kaliy və minerallarla) təmin edilməsi, yaralanmalardan və infeksiyalardan qorunması vacibdir.

Sağlam olun!

Travmatoloqlar