Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

İtirilmiş uşaqlıq - Uşaqları necə planşetdən ayıraq?

İtirilmiş uşaqlıq - Uşaqları necə planşetdən ayıraq?

Orta statistik göstəricilər əsasında deyə bilərik ki, artıq 2 yaşında uşaq müxtəlif aparatura ilə müstəqil olaraq bəzi əməliyyatları icra etmək istəyir. Cizgi filmləri və ya musiqi qoşur, internetə daxil olur. 
Uşaqların kompüter bağımlılığına psixoloqlar həyəcan siqnalı çalırlar: kompüter bağımlılığı yalnız körpənin sağlamlığına deyil, həm də kommunikativ keyfiyyətlərinə və sonrakı sosiallaşmasına mənfi təsir göstərir. 
Psixoloq Yevgeniy Idzikovskiy Aif.ru saytına verdiyi müsahibəsində övladınızı bu zərərli vərdişlərdən necə qurtarmağın üsullarını izah edir.

* İlk öncə özünüzdən başlayın.
Mobil telefondan, televizor və ya kompüterdən yayının. Körpənizlə gün ərzində minimum 1-2 saat birgə vaxt keçirin. Bu zamanda kitab oxuyun, müxtəlif oyunlar oynayın, bəzi məsələləri övladınız ilə müzakirə edin, gəzintilərə çıxın və ya qonaq gedin. Uşağınıza ətraf aləmin, həyatın necə maraqlı olduğunu hiss elətdirin. 

* Alternativ məşğuliyyət tapın.
Mütləqdirki, ilk oncə sosial mühiti təklif edin.
Əgər övladınızın uşaq bağçasına və ya erkən inkişaf mərkəzinə getməyə şəraiti yoxdursa, uşaq əyləncə mərkəzlərinə baş çəkin. Bu zaman digər valideynlər ilə onların usaqları ilə özünüz və körpəniz tanış olun, ünsiyyət qurmağı körpənizə öyrədin, birgə oyunlarını təşkil edin.

* Körpənizlə birgə iş təşkil edin.
Sadə ev işlərindən başlamaq olar. Yemək hazırlamaq, təmizlik işləri aparmaq, kiçik ev heyvanlarının baxımı, yay aylarında bağ evində yüngül əmək təlimləri keçmək, lazım olan məhsulları birgə almaq kimi işləri həyata keçirə bilərsiniz. 

* Uşaqları dərnək və ya idmana yazdırın. 
Əksər uşaqlar aktivdirlər və valideynlər yorulduqdan sonra belə uşaqlar enerjilərini tam sərf etməmiş olurlar. Bu zaman köməyə idmanla məşğul olmaq gələ bilər. Uşağları (yaşlarından asılı olaraq) müxtəlif idman növlərinə qoya bilərsiniz: üzgüçülük, rəqs, gimnastika, voleybol və.s. Körpənizi 1 saatlıq sakitlik üçün planşet və ya kompüter arxasına cəlb elətdirmək olmaz.

* Kiçik ev heyvanları saxlamaq.
Ev heyvanlarını almaq, onların qidalanma prosesini və onlara qulluq etməyi uşağa həvalə etmək cox gözəl ideya olar. Əgər istəyirsinizsə uşaq havada olsun, heyvanlara baxımı (tutuquşu, tısbağa, balıq və.s) qayğını həyətyanı sahədə təşkil edə bilərsiniz.

* "Yox" deməyi bacarın.
Unutmayın ki, valideynlər tam sərtliklə övladına planşetlərdən istifadə etməmək qadağası qoymaq hüququna sahibdirlər! Tamamilə gündəlik rejimə müəyyən saatlarda və müəyyən vaxt çərçivəsində izləmə haqqı verədə bilərsiniz (gün ərzində 15, 30, 60 dəqiqə). Əsas məqsəd uşaq niyə görə olmaz, nə zaman olar, nə zaman olmaz kimi məhdudiyyətləri anlamış olsun.

Psixoloqlar