Statistikaya görə, insult xəstələrinin üçdə biri insultdan təxminən üç il sonra dünyalarını dəyişirlər. Düşünmək lazım deyil ki, bu xəstəlik yalnız yaşlılarda baş verir. Son illərdə bu xəstəlik daha gəncləşmişdir.
30-49 yaşlarında şəxs - siqaret çəkmək, spirtli içki, oturaqlı işi və bir çox stresli vəziyyəti varsa, risk altındadır.
Hamiləlik əleyhinə dərman qəbul edirsinizsə, artıq çəkiniz və ya şəkər xəstəsisinizsə risk qrupundasınız. Klimaks dövrünə girməmiş qadınlar müəyyən ölçüdə kişilərlə müqayisədə öz qadın hormonları və daha sabit sinir sistemi ilə xəstəlikdən nisbətən qurtulurlar. Ancaq 50 yaşdan sonra kişilərdə və qadınlarda insult keçirtmə riski bərabərləşir.
İnsult əksər vaxtlarda yüksək təzyiq fonunda baş verir. Bu çox xoşagəlməz hal olub, məkanından asılı olmayaraq insanı tuta bilir: kəskin baş ağrısı, üşütmə hissi, ölüm qorxusu, ürəkbulanma, qaytarma halları ilə biruzə verə bilər.
Hipertanik böhran hipertoniyadan əziyyət çəkənlərdə meydana gəlir. Hipertoniya (yüksək təzyiq) artıq əsrin xəstəliyi adlandırılır. Damar və diabet riskini artırır, çünki qan damarlarının divarlarında tədricən dəyişikliklər baş verir və qan laxtalanmasının artmasına səbəb olur.
Təhlükə ən çox istifadə etdiyimiz masa duzundada ola bilər. Duzlu, ədviyyatlı və yağlı qidaları tərcih edən insanlar üçün insulta tutulma risk daha çoxdur. Sadədir: duz bədəndən mayenin çıxmasını gecikdirir və bununla da qan təzyiqi artır.
Piylənmə, artıq çəkidə risk faktorudur. Artıq çəkili insanlar ümumiyyətlə həyati təhlükəsi olan xroniki xəstəliklərə məruz qalırlar və köklük insanda yüksək təzyiqə səbəb olur. Çıxış yolu - çəkinizi izləmək, daha çox gəzmək, qida rasionunuza nəzarət etməkdədir.
Kofe və spirtli içki qəbul etməyi sevənlər əlavə olaraq siqaret çəksələr bu zaman böyük risk qrupu altındadırlar.
Digər bir sivilizasiya xəstəliyi - osteoxondrozdur. Müalicə metodu olaraq, ildə iki dəfə masaj salonunda profilaktik ziyarət, boyun sahəsinin masajı və onurga-bel üçün həkim tərəfindən tövsiyə edilən müalicə, gimnastik hərəkətlər ola bilər. Hər keçən on il insult riski yeddi dəfə artır. Yaşlılıq dövrü təkcə hipertoniya deyil, həmçinin xolesterol və beyin damarlarının aterosklerozunu da gətirir. Gündəlik havada gəzinti, tez-tez səfərlər, üzgüçülük, tərəvəzlərlə zəngin bir pəhriz - uzunömürlük üçün gözəl reseptdir.
Sağlam olun!