Infarkt zamanı ilkin yardım göstərilməsini bilməkdən əvvəl, onu stenokardiyadan seçməyi bilmək gərəkdir. Çünki hər iki xəstəliyin simptomları bənzər, lakin ilkin yardım qaydaları fərqlidir.
Stenokardiyanın infarkdan əsas fərqi ağrılara nitroqliserinin təsir edə bilməməsidir. Həmçinin infarkt zamanı ağrı hissi xəstə dincəldikdən sonra belə keçmir.
İnfarktın əsas simptomları hansılardır:
- Döşün sol tərəfində, sol çiyin və qolda kəskin ağrılar;
- Baş hərlənməsi, titrətmə, zəiflik, qan dövranının zəifləməsinə görə xəstənin rənginin solması. Soyuq tər və hava çatışmamazlığı;
- Arterial təzyiqin kəskin qalxması və ya düşməsi, sürətli nəbz, xəstədə panika vəziyyəti.
Bu zaman nə etməli? İlk öncə dərhal təcili tibbi yardım çağırılmalıdır. Tibbi yardım gələni qədər xəstəyə ilkin yardım göstərilməlidir:
- Otağa hava gəlməsi üçün pəncərəli açmaq, kondisioneri yandırmaq;
- Dilin altına nitroqliserin həbi qoymaq. Bu üsulla dərman qana daha tez keçir və ağrı hissi biraz azalır;
- Həmçinin qanın laxtalanmasını gücləndirmək üçün 300 mq aspirini xəstə çeynəməlir;
- Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadıb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Özünüzü sakit aparın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir.
Xəstə huşunu itiribsə amma ritmik nəbz yoxdursa xəstəni qurtarmaq üçün 3-5 dəqiqəniz var. Bunun xəstəyə dərhal ürək-ağciyar renimasiyası etməlisiniz. Bunun üçün etməli olduğunuz alqoritmi yadınızda saxlayın:
- Dayanmış ürəyi qaytarmaq üçün 30-40 sm yüksəklikdən xəstənin döş qəfəsinə yumruqla zərbə endirməlisiniz (prekardial zərbə). Sonra yuxu arteriyasında nəbzi yoxlamalı və nəbz hiss etmədikdə dərhal ürək masajı və süni tənəffüs edilməlidir;
- Xəstənin başını maksimal dərəcədə arxaya atmalı, hər 15 masaj hərəkətindən sonra xəstənin burun və ağzına 2 dolu tənəffüs edilməlidir.
Yardım hərəkətlərini 5-7 dəqiqə xəstə ayılanadək etmək lazımdır. Əgər xəstə ayılmadısa artıq ona kömək etmək mümkün deyil deməkdir.