Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Hamilə qadınlar necə yatmalıdırlar?

Hamilə qadınlar necə yatmalıdırlar?

Hamilə qadınlar necə yatmalıdırlar?

Bu sual əksər hamilə qadınları düşündürür. Hamiləlik dönəmində orqanizm gərginlik hiss etdiyindən, tam yuxu almaq hamilə qadının gücünun bərpası üçün ən vacib amillərdən sayılır. Yuxu almanın komfortlu olmasında çarpayı döşəyinin orta sərtlikdə olması məqsədəuyğundur. Qadın və bətndəki körpə üçün ən uyğun yatış forması sol tərəf sayılır.

Hamiləlik zamanı bir çox vərdişlərlə vidalaşmaq lazımdır. Məsələn, arxası üstə yatmağı sevirsinizsə, ağçiyərlərə güc düşməsinin qarşısını almaqdan ötrü belin arxasına yastıqca qoymanız gərəklidir. Çox qadınlar uşaq yaşlarından qarnı üstə yatmaq vərdişlərinə sahibdirlər. Hamiləlik zamanı artıq buna yol vermək olmaz. Hətta ilk 12 həftədən artıq arxası üstə yatmaq olmaz. Hamiləlik dövründə döl böyüdükcə çəki artır, qadının onurğa sütununa ağırlıq düşür bunun nəticəsində hamiləlik bel ağrıları ilə müşayət olunur.

Hamiləlik çətin dönəmdir. Bu səbəbdən əvvəllər sizə rahat gələn çarpayı bu dövrlərdə sizə komfortlu olmaya bilər. Diskomfort isə tam istirahəti təmin etmir. Bu zaman en gözəl çıxış yolu ortopedik matraslardır. Hazırki istehsallar, lateks zonasından ibarət olub, unikal anotomik xüsusiyyətlərə sahibdirlər. Düzgün yatış formasını almaq üçün müxtəlif forma və ölçülü hipoallergen yastıqlarlada rahatlıq əldə edə bilərsiniz. Ay formasında olan yastıqlar bədəni iki tərəfdən saxlayır. Onurğa sütünunu əlavə ağırlılardan qoruyur.

Həmçinin V, J mini formalı yastıqlarda mövcuddur ki, hamilələrin bel və çiyin sahələrindəki ağrıları, gərginliyi götürür.

Yastıqların en çox istifadə olunanı U maksi formalısıdır. Razmeri-160 sm qədər ola bilir, hamilələrə hər tərəfdə rahat yatışı təmin edir. Bel və qarını yaxşı qoruyur. Dölün böyüməsi yuxarı və aşağı onurğa sütunundan keçən qan damarlarını sıxma riskini artır. Beləliklə, qan dövranı pozulur, nəticə etibarilə körpəyə oksigen axınının normal getməməsinə səbəb ola bilərsiniz. Bu qaydalara əməl edilməməsi tez-tez hamiləlik prosesini çətinləşdirir və hamiləliyin sonlanmasına qədər gətirib çıxarır. 

Ortopedik döşəkcə körpə dünyaya gələrkəndə sizə lazımlı olacaq, çünki yuxu körpənin fiziksəl, ruhsal sağlamlığıdır.

Sağlam olun!

Mama-ginekoloqlar