Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Gözəllik, cavanlıq və hormonlar: bir-biriləri ilə əlaqələri?

Gözəllik, cavanlıq və hormonlar: bir-biriləri ilə əlaqələri?

Bir qadının sağlamlığı və həyat keyfiyyəti, eləcə də gəncliyinin nə qədər davam edəcəyi, əsasən bədənin hormonal sisteminə bağlıdır.

Hormonal balansın pozulmasının öhdəsindən nə kosmetologiya, nə estetik cərrəhahiyyə gələ bilmir.

Niyə görə daxili hormon balansı normada olmadan xarici gözəllik əldə etmək olmur? 

Hormonal balans - orqanizmin həyat fəaliyyəti üçün vacib şərtlərdən biridir. Bir və ya digər hormonun çatışmazlığı təkcə insan sağlamlığına deyil, həm də görünüşünə mənfi təsirini göstərir. 

Bütün hormonlar - cinsiyyət (həm kişi, həm də qadın), tiroid, mədəaltı vəzi və.s hormonların səviyyəsi normaldırsa, o zaman sağlığınız barədə narahat olmağa səbəb yoxdur. Lakin, çox vaxt 45 yaşdan yuxarı insanlarda artıq ehtiyyat yumurta hüceyrələrinin azalması ilə birgə hormonal balansın aşağı düşdüyü nəzərə çarpır. Bunun nəticəsində artıq 50-52 yaşlarda menopauzaya rast gəlinir. 

Hormon səviyyəsinin pozulması, xüsusilə cinsi hormon səviyyəsinin azalması, ilk simaya təsirini göstərir - ilk qırışlar görünür, dəri və selikli membranlar qurumağa başlayır. Bəzən yaşlılarda yaranması normal görsənən dəyişikliklər, cavanlarda özünü biruzə verir. Bu bəzən amenor (menstruasiya olmaması) ilə müşayiət olunan çəki çatışmazlığı, ağır stres və ya ağır fiziki zəiflik fonunda baş verən hallar olur.

Əgər kosmetik problemlər (sızanaq, iltihab, hirsutizm) varsa, sağlam həyat tərzinin bütün qaydalarına riayət olunsa, kosmetoloq, ginekoloq və ya endokrinoloq sizə probleminizi həll etməkdə kömək ola biləcəkdir.

Qeyd etmək istərdik ki, ildə 1 dəfə hər bir qadın aşağıda qeyd olunan dispanserizasiya müayinələrindən keçməlidir:

  • Ginekoloq müayinəsi;
  • Onkositoloji təhlili;
  • HPV testi;
  • Pelvrik orqanların ultrasəsi;
  • Süd vəzilərinin müayinəsi.

Hormonal dəyişikliklərin profilaktikası üçün:

  • Düzgün balanslı bəslənmənin təşkili;
  • Müntəzəm fiziki fəaliyyət;
  • Psixoloji rifah mütləqdir.

Sağlam olun!

Endokrinoloqlar