Yaxşı olardı ki, yatmazdan öncə termometrin dərəcəsini 35 dən yuxarı olmamaq şərti ilə yanınıza qoyun. Oyanan kimi dərhal qoltuq altı nahiyyəyə qoyun. 10 dəqiqə qalsın. Nəticələri qeyd edin.
Əgər temperatur 36,5-36,8 göstərsə bilinki sizin qalxanvari vəzinin göstəriciləri normadadır.
Əgər, səhərlər bədən temperaturunuz 36,5 dərəcədən aşağıdırsa deməli sizdə hipoterioz vardır. Bu o deməkdir ki, sizin qalxanvari vəziniz yaxşı funksiyalarını icra etmir. Buna görədə siz daimi yorğunluq, depressiya, tez-tez soyuqdəymədən əziyyət çəkirsiniz, diqqət və yaddaş zəifliyini müşahidə edirsiniz. Bəzi hallarda saç tökülməsi problemləri ilə rastlaşırsınız.
Əgər bədən temperaturunuz səhər 36,8 -dən çox olarsa, sizdə hiperteriozdur. Bu o deməkdir ki, qalxanvari vəzi tirioidləri normadan artıqdır. Bədəninizdə hansısa güclü soyuqdəymə prosesi gedir və siz müalicə olunmursunuz.
Bu nəticələrin doğruluğuna 3 gün davamlı etməklə əmin olmaq olar. Əgər nəticələr norma daxilində deyilsə, siz endokrinoloq qəbuluna düşməlisiniz.
Düzgün qidalanın! Rasionunuzu maqni - A , V vitamini, minerallarla zənginləşdirin.
Sağlam olun!