Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Depressiyanın müalicəsi

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna əsasən, gələcəkdə depressiya əmək qabiliyyətinin pozulmasının əsas səbəblərindən biri olacaq və say etibarilə onkoloji xəstəlikləri üstələyəcək. Depressiv vəziyyətin diaqnostikasının özəllikləri depressiyanın növünü müəyyən etmək üçün vacibdir: endogen depressiya və ya reaktiv depressiya.

1.Endogen depressiya beyinin neyromeditor prosesinin pozulması ilə üzə çıxan xəstəlikdir və uzun müddətli antidepressant və digər psixotrop dərmanlarla müalicə tələb edir. Bu dərmanları isə psixiatr təyin edir.

2.Reaktiv depressiya isə nevroloji pozuntulara aiddir və ağır stress, şəxslərarası münaqişə və ya ailə problemlərinin nəticəsində yaranır. Reaktiv depressiyanın müalicəsində əsas rolu psixoterapiya oynayır, buna əlavə olaraq isə antidepressant dərmanlar da təyin edilə bilər.

Depressiv pozuntuların əsas əlamətləri aşağıdakılardır:

1.Əhval-ruhiyyənin aşağı olması, müsbət emosiyaların olmaması, baş verənlərə etinasızlıq, darıxma hissi;

2.Həyatın anlamını itirmə hissi, pessimizm;

3.Məmnun qalma hissini itirmə, iştahsızlıq;

4.Cinsi istək hissini itirmək;

5.Yuxu pozuntusu;

6.Yorunluq hissi, diqqətsizliyin artması

Depressiyanın müalicə üsuluna daxil olan mərhələdə endogen və ya reaktiv xarakterə malik olması patopsixoloji müayinə və əlavə müayinələrlə müəyyən edilir, eyni zamanda terapevtik mərhələdə müxtəlif psixoterapevtik müayinələr aparılır və dərman terapiyası seçilir. Müalicə 3 ay, və ya 12 seans davam edir.

Müalicə başa çatdıqdan sonra pasientə dəstəkləyici terapiya məsləhət göprülür, emosional vəziyyəti nizamlama üsulları öyrədilir və özünühipnoz üsulları tədris edilir.

Sağlam Olun!!!

 

 

Nevroloqlar