Depressiya qəfil yaransa da, özbaşına yoxa çıxmır. Əgər müalicə olunmasa, pozğunluq daha ağır formaya keçə bilər, ağır nəticələr, hətta sui-qəsd ilə nəticələnə bilər.
Bir fikrə görə, çarəsizlik, yəni depressiya ciddi xəstəlik sayılır. Bir çoxları həkimə müraciət etməkdən çəkinir. Amma depressiv, yəni çarəsiz vəziyyətə ciddi yanaşmaq lazımdır.
Depressiya ciddi psixoloji problemdir, normal müalicə olunmalıdır. Müasir depresiyadan müalicə üsulları artıq innovasiya sayılmır. Həkimlər pasiyentin vəziyyətindən, yaşından və həyat tərzindən asılı olaraq effektiv müalicə üsulları seçirlər. Müalicəyə düzgün yanaşılsa, xəstəlik birdəfəlik olaraq yoxa çıxır.
Bir sıra hallarda isə depressiyanı sadəcə pis kef-əhval kimi qəbul edirlər. Bu halda isə ən dəhşətlisi odur ki, kömək üçün həkimə müraciət etmirlər, özlərini müalicə etməyə çalışırlar, ağır fəsadlara səbəb olurlar.
Depressiya psixi pozğunluqdur, həyata marağın itməsi, bitmək-tükənmək kimi vəziyyətlə xarakterizə edilir. Əgər 10-14 gün ərzində insanda adi fəaliyyətə, hətta məişət həyatına da sönüklük müşahidə edilirsə, bu, artıq depressiya əlamətidir. Bu zaman insanlarda bir sıra simptomlar üzə çıxır: iştahsızlıq, həyəcan, narahatçılıq, yuxusuzluq, gücsüzlük, fikrini toplaya bilməmək, günah hissi və natamamlıq duyğusu, özünə sui-qəsd fikrinin yaranması.
Depressiya yaşından və işindən asılı olmayaraq istənilən insanda yarana bilər. Pasientlər arasında daha çox yeniyetmə, gənc ana, idmançı və uğurlu ictimai fiqurlara rast gəlinir. Bu kateqoriya insanlar daha çox vəziyyətləri ağırlaşanda kömək üçün müraciət edirlər. Bu zaman isə effektiv müalicə və problemi həll etmək kifayət qədər çətin olur.
Bir çoxları elə düşünür ki, depressiya ilə mübarizə aparmaq asandır, bunu sadəcə istəmək lazımdır. Əslində isə belə deyil. Sadəcə peşəkar həkim uyğun müalicə üsullarını seçə bilər. Bu zaman isə həkimin məsləhətlərinə ciddi yanaşmaq, dərmanları vaxtlı-vaxtında, uyğun dozada qəbul etmək lazımdır.
Depressiyanın səbəbləri:
-Bəzi dərmanların əks-təsiri;
-Spirtli içki və narkotik maddələrdən asılılıq;
-Qalxanabənzər vəzin problemləri;
-Hormonal pozğunluq;
-Vitamin və mineral çatışmazlığı;
-İnsult;
-Şəkərli diabet;
-İrsi daşıyıcılıq;
-Ürək-damar sistemi xəstəlikləri.
Yuxarıda sadalanan hallarda depressiv vəziyyət əsas xəstəliyin müalicəsindən və ya bəzi dərmanların qəbulunu dayandırmadan sonra yoxa çıxa bilər.
Depressiyanın müalicəsi pasiyentdən bəzi addımları tələb edir:
Birinci addım
Depressiyanın əsas müalicəsində antidepressant dərmanların qəbulu dayanır. Təəssüflər olsun ki, bir çoxları dərmanlardan imtina edir və antidepressantları sakitləşdiri dərmanla əvəz edir.
Müasir antidepressantlar asılılıq yaratmır və əks-təsirə malik deyil. Bu dərmanlar ziyansızdır. Bununla yanaşı, dərmanı və dozasını düzgün seçmək tez müddət ərzində və effektiv yolla depressiyadan qurtulmağa imkan yaradır.
İkinci addım
Həyat tərzini dəyişmək lazımdır:
-Ruhuna uyğun işlə məşğul olmaq;
-Pozitiv insanların əhatəsində olmaq;
-Həyatınızı planlaşdırın, elə edin ki, psixi vəziyyət üçün təhlükəli olan boş anlar olmasın;
-Tez-tez təmiz havada olun, qan oksigenlə zənginləşsin;
-Orqanizmi fiziki cəhətdən gücə salın, idmanla məşğul olun;
-İnsanlara istənilən xırda işdə yardım edin, öz lazımlığınızı hiss edin.
Müalicəni davam etdirmək lazımdır. Yaxşılaşma mərhələsində antidepressantlardan və psixoterapiyadan imtina etməyin. Xəstəlik yenidən qayıda bilər. Bunun baş verməməsi üçün isə müalicəni sona qədər çatdırın.
Həkim seçmək, həkimlə məsləhətləşmək və həkim qəbuluna yazılmaq üçün isə sizə bizim sayt kömək edər.
Sağlam Olun!!!