Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Çərəzlərin qəbulu kökəlmənin qarşışını alır

Çərəzlərin qəbulu kökəlmənin qarşışını alır

Gündəlik qoz-fındıq çərəzlərin istehlakı ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır və çəki artımına mane olur.

Amerika Ürək Mərkəzinin mütəxəssisləri bu nəticəyə gəldilər. Bu nəticəyə gəlmək üçün onlar 126 mindən çox kişinin və xroniki xəstəlikdən əziyyət çəkməyən qadınların sorğusunu təhlil etdilər.

Hər 4 il ərzində bu geniş miqyaslı tədqiqat iştirakçıları çərəzləri - hansı vaxtlarda və hansı miqdarda yediklərinə dair sualları cavablandırdılar.

Amerikalı alimlərin əldə etdikləri nəticələrdən biri: gündə təxminən 30 qram çərəz qəbul etmək piylənməyə qarşı mübarizədə kömək edəcək. Alimlər hesab edirlər ki, ət, qızardılmış kartof və ya desert yerinə bir miqdar qoz-fındıq yemək daha az kilo almağa kömək edəcəkdir.

Buna görə, alimlər çərəzlərdən sağlam qəlyanaltı kimi istifadə edilməsini tövsiyyə edirlər, bu tip qidalanma sağlamlığının ümumi inkişafına kömək edir.

Sağlam olun!

Dietoloqlar