Teymur Elçin küçəsi 6-22
Teymur Elçin küçəsi 6-22
Burda eynəklərdən tam xilas olmaq olar.
Həyata doğma və sağlam gözlərlə baxın.
Klinika Azərbaycanda tibbin ən son nailiyyətləri ilə fəaliyyət göstərir. Burada göz xəstəlikləri sahəsində müxtəlif diaqnostik və müalicə üsulları həyata keçirilir.
Klinikanın direktoru Türk Dünyası Dövlətlərarası Elmi Araşdırmalar Akademiyasının akademiki, əməkdar elm xadimi,tibb elmləri doktoru, professor Kərəm Kərimovdur.
Klinika dövrün tələblərinə cavab verən müasir tibb mərkəzidir. Məlum olduğu kimi, sağlamlığa gedən yol düzgün diaqnoz və düzgün müalicədən asılıdır. Klinikanın bacarıqlı mütəxəssisləri görmə qabiliyyətinizi bərpa edib, sizi problemlərdən xilas edə bilər. Burada eyni vaxtda xəstəliklər barədə dədiq məlumatlar əldə etmək mümkündür.
Sizdə katarakta, qlaukoma, şəkərli diabet, yaxındangörmə, uzaqdangörmə, astiqmatizim müşahidə olunubsa Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikasına müraciət etmənizi məsləhət görürük.
Klinikada – Katarakta (Mirvari suyu) , cərrahi əməliyyatı son dərəcə yüksək texnoloji və xəstə üçün fəsadsız keçən bir əməliyyata çevrilmişdir. Bu əməliyyatlarda ultrasəs enerjisinin istifadəsi böyük imkanlar yaradaraq, kataraktanın fakoemulsifikasiyası kimi adlanır.
Klinikada kataraktanın (mirvari suyu) kəsiksiz, ağrısız, ultrasəs və lazer cərrahiyyəsi aparılır.
Bu üsulun üstünlüyü xəstənin əməliyyatdan sonra dərhal evə buraxılması, görmənin həmin an bərpası və hər iki gözdə eyni vaxtda əməliyyatın aparılmasının mümkünlüyündən ibarətdir. İmplantasiya olunan süni linzalar Avropa və ABŞ-ın məşhur istehsalçılarından alınır və onlara zəmanət verilir.
Klinikada eksimer lazerlə yaxındangörmə, uzaqdangörmə, astiqmatizim və buynuz qişa bulanmalarını aradan qaldırmaq üçün unikal cərrahi əməliyyatlar həyata keçirilir. Uzun illik müşahidələr eksimer lazer cərrahiyyəsinin effektivliyini və təhlükəsizliyini təsdiq edir.
Klinikada ixtisaslaşmış həkimlərin apardıqları hərtərəfli müayinələr nəticəsində torlu qişanın diabetik və miopik dəyişikliklərinin aşkar edilməsi və effektli müalicəsi aparılır. Mərkəzdə Flüoressent angioqrafiya, Video-retinoqrafiya, Lazer-koaqulyasiya kimi üsullardan geniş istifadə olunur.
Klinikada antiqlaukomatoz cərrahi əməliyyat aparılır: lazer trabekuloplastika, lazer iridotomiya, sinustrabekukloektomiya, drenaj sistemlərin implantasiyası, Axmed drenajı, dəlib keçən və keçməyən dərin skleroektomiya.
Klinikada uşaqlarda görmə qabiliyyətinin bərpası mərkəzi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər tərəfindən uşaqlarda çəpgözlüyün, zəif görmənin, göz və göz ətrafı toxumaların qüsurlarının müalicəsi aparılır.
Klinikada həmçinin Rusiya,İran,Türkiyə və bir sıra ölkələrin mütəxəssisləri tərəfindən məsləhət və müalicələr təşkil olunur.