1989 – 2012 illərdə Bakı Uşaq Bərpa Müalicə Mərkəzininin idman terapevti olaraq çalışıb.
1998 – 1999 illərdə Səudiyyə Ərəbistanı ilə dövlətlərarası müqavilə əsasında Məkkə şəhərində Məlik Feysal Hospitalında Fizioterapiya şöbəsinin mütəxəssisi kimi calışıb.
1999-2000- ci illər “Qırmızı Xaç” cəmiyyətinin Ortopediya və protezləşmə layihəsində fizioterapevt, reabilitoloq və məsləhətcı olaraq çalışıb.
2012-ci FİFAda hakimlərin fizioterapevti olaraq çalışıb.
Bədii gimnastika üzrə məşqçi, idman reabilitasiyası üzrə ali savadlı mütəxəssisdir.
SSSR idman ustası və mükafatcısı, bədii gimnastika üzrə dəfələrlə respublika çempionudur.
2013 –ci ildən MedEra Hospitalda Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiridir.
Təhsili
2005 – 2011 illərdə Azərbaycan Tibb Universitetinin, Müalicə profilaktika fakültəsini bitirib.
Kurslar
2011-ci ildən etibarən hər il Almaniyanin Hannover şəhərində Annastift Klinikasında fizioloq professor Ferrarinin keçirdiyi kurs və imtahanlarda iştirak edir. Klinikanın sertifikatları ilə təltif olunub.
2012-ci ildn “David” neyrospinal cihazında bel sütunun diaqnostikası üzrə FBİ Avropa sertifikatına malikdir.
İsvecrənin Soloturn şəhərində “Giger-md” Avropa reabilitasiya cihazının öyrənilməsi üzrə sertifikata malikdir.
Prosedurlar
Avtoqəzalarda fiziki zədə almış ,serebal iflic,işemik insult və digər bu tipli xəstələrin reabilitasiyasında yüksək nəticələrə nail olub.