Angina ağız boşluğunun infeksiyalaşmasına səbəb olan xəstəlikdir. Bu xəstəliyə ən çox dondurma sevənlər və soyuq su içənlər rastlaşır. Qəbul olunan soyuq məhlul orqanizmin mühitini soyuqlaşdırır bu zaman immunittet aşağı düşür və infeksiya inkişafı üçün ideal mühit yaranır. Nəticədə, angina baş verir və adəti üzrə boğazda ağrı, yüksək hərarət, ümumi zəiflik artır. Bu infeksiyaya yoluxma ən çox körpə və yeniyetmə yaşlarda tutulma hallarına daha çox rast gəlinir. Təbii ki, böyüklərdə bu infeksiyaya yoluxmadan sığortalanmayıblar.
Xəstəlik yüngül olsa, xalq üsullarından istifadə edərək angina ilə mübarizə aparmaq olar. Bu vəziyyətdə, ətrafdakı insanları infeksiyadan qoruya bilmək üçün, xəstəni ayrı otağa keçirtmək, istifadə olunan əşyalarını ayırmaq lazımdır. Bütün qəbul olunan içkilərin ilıq şəkildə qəbul etmək çox fayfalıdır. İsti və ya soyuq içkilərin qəbulu zərərlidir. Angina zamanı ideal içki kisel sayılır. Angina zamanı həkimlərin məsləhət gördükləri - ağız boşluğunun müxtəlif otlarla qarqarasıdır (misal olaraq, şalfey, çobanyastığı və palıd kökü dəmləməsi ilə).
Bir qayda olaraq, boğaz ağrısı yüksək temperatur ilə müşayiət olunur, bu da təxminən 1 həftə çəkə bilir. Termometr 39 dərəcədən az göstərirsə, istiliyi salmağa çalışmayın, 39 dərəcədən yüksəkdirsə, temperaturun aşağı düşməsi üçün nurofen və ya digər qızdırma salıcı preparatlar qəbul edə bilərsiniz. Əgər qızdırma düşmürsə mütləq həkim mütəxəssilərə müraciət edin.
Sağlam olun!