Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Abort və onun nəticələri

Abort və onun nəticələri

Birinci növbədə qeyd etmək istərdik ki, bizim saytımızda onlarla təcrübəli Ginekoloq həkimlərimiz var. 

Abort hamiləliyin süni yolla dayandırılmasıdır. Dünya üzrə hər il cərrahi abort vasitəsilə 60 milyon uşaq qətlə yetirilir. Abortların əksəriyyəti daha travmatik üsulla, yəni kyuretaj (qaşıma) üsulu ilə həyata keçirilir.

Abortun tibbi nəticəsi analıq xəstəliyi (bəzi hallarda sonsuzluqla nəticələnir) və ölüm sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının kriteriyalarına əsasən, 22 həftəliyə qədər hamiləliyin dayandırılması abort, 22 həftədən sonra, yəni dölün çəkisi 500 qram və daha çox olduğu zaman isə vaxtından əvvəl doğuş sayılır.

Spontan və süni abort olaraq fərqləndirilir.

Spontan abort (uşaq salma)- hamiləliyi dayandırmağın müddətindən asılı olaraq şərti şəkildə erkən (12 həftəyə qədər) və gecikmiş (12 həftəlikdən sonra) adlandırılır. Onun əsas səbəbləri hamilə qadının orqanizmində hormonal pozuntu, infeksiya xəstəlikləri, eyni zamanda virus xəstəlikləri, uşaqlıq yolunun patoloji dəyişikliyi, böyrək, qara ciyər, ürək vəs. Xəstəlikləri ola bilər.

Süni abort isə tibbi süni və kriminal abort olaraq iki yerə ayrılır. Tibbi süni abort 12 həftəliyə qədər akuşer-ginekoloq tərəfindən xəstəxananın xüsusi bölməsində, doğum evində aparılır. Bu zaman hamilə qadının tibbi göstəricələrə əsasən hamiləliyi dayandırması qadın məsləhətxanası tərəfindən məsləhət görülür. Bu zaman isə hamiləliyin davam etməsinin və doğuşun hamilə qadının həyatı və sağlamlığı üçün təhlükə təşkil etməsi və ya dölün anormal inkişafı səbəb göstərilə bilər. Kriminal abort isə qadının özünün və ya digər şəxsin müdaxiləsi ilə müalicə müəssisəsindən kənarda aparılır.

Abort və qadının sağlamlığı

Abort qadının fiziki və psixi sağlamlığı üçün ciddi təhdiddir. Tez-tez abort edən qadınlarda fəsadlar daha çox olur. Bir çox hallarda:

-infeksiya-iltihab xəstəlikləri abortdan sonra 10-20 faiz qadınlarda üzə çıxır (erkən və gecikmiş abortlarda);

-Endokrinoloji fəsad 40-70 faiz qadına üzə çıxır;

-Menstrual dövrün pozulması 68.5 faiz qadında üzə çıxır və endometrioz, uşaqlıq yolunun mioması, endometriyada hiperplastik proseslər, yumurtalıqların polikistozu ilə müşayət olunur;

-Hamiləliyə qarşı dözümsüzlük, erkən doğuş;

-Sonsuzluq

İstənilən qadın abortdan sonra stress hissi keçirir, bəzilərində bu ömrü boyu qalır. Qadın insan öldürdüyü, ağır günah işlədiyi üçün narahat olur. Əgər qadının övladı varsa, istər-istəməz doğulmayan körpəsinin necə ola biləcəyini düşünür. Əgər övladı yoxdursa, ömrü boyu özünü günahlandırır ki, günahının cəzasını çəkir. Onun bu əziyyətləri ərinə, doğmalarına və yaxınlarına da keçə bilər.

Qadın aborta qərar vermədən əvvəl onun nəticələri barədə yaxşı düşünməli, götür-qoy etməli və ürəyinin altında yaranan körpənin yalvarışını dinləməlidir.

Sağlam Olun!!!

 

 

Ginekoloqlar