Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Zəhərlənmə zamanı İlkin yardım

Zəhərlənmə zamanı İlkin yardım

Qida zəhərlənməsi simptomları nədir? Gəlin tanış olaq:

- Keçməyən ürək bulantısı;

- Çoxsaylı qaytarma;

- Zəiflik, halsızlıq;

- Üzün rənginin dəyişilməsi;

- Diareya;

- Titrəmə;

 

- Bədən hərarətinin yüksəlməsi.

Bu simptomlar olduğu halda nə etməli?

1. Mədənin yuyulması:
- Permanqanat kaliylə və ya soda ilə məhlul hazırlamalalı (1.5-2 litr suya 1 y/q);
- Məhlulu qəbul etməli;
- İki barmaqla süni qaytarma həyata keçirməli;
- Qaytarılan həcm təmizlənənə kimi proseduru təkrarlamalı.

2. Sorbentlərin qəbulu.
Sorbent toksinləri orqanizmdən çıxarmağa kömək edən preparatlardır. Bu preparatlar içində ən tanınan aktivləşdirilmiş kömürdür. 
Doza: hər 10 kq bədən həcminə 1 həbb.

3. Bol maye qəbulu. Qaytarma və diareya bədəni qurudur və su ehtiyyatını azaldır. Bu halda zərərkəçmiş sutka ərzində bədənin su balansını tənzimləmək üçün 2-3 litr su qəbul etməlidir. 

İlkin yardım göstərildikdən sonra həkimə müraciət etməli və zəhərlənmə səbəbini aydınlaşdırıb dolğun müalicə tətbiq edilməlidir.
 

Faydalı ola bilər