Vinir - kompozit və farfor tərkibli nazik asmalara deyilir. Onların köməyi ilə təbəssümü daha cazibədar edə bilərsiniz. Müasirlik çərçivəsində ən son yeniliklərdən istifadə etmək gərəklidir, əks halda kommunikasiya qurmaq və uğur əldə etmək çətin olacaq. Əvvəllər vinir qoymanın tək bir yolu var idi. Viniri stomatoloji sement vasitəsi ilə dişin üst qatına bərkidilirdi.
Sonralar tibb bazarına alternativ vasitlər ortaya çıxdı. Bunlar çıxarıla bilən vinir zəncirlərdir. Bu vinirlərlə şəxs daha yaxşı şəkildə dişlərinin vəziyyətini dəyişə bilər. Vinirlərin köməyi ilə asanlıqla diş qüsurlarını örtmək olur.
Vinirlərlə, qısa müddətdə mükəmməl nəticəyə nail olmaq olur. Onların köməyi ilə insanın diş görünüşünü tamamilə dəyişdirmək mümkündür. Dİş qapağı istifadə edərək, dişləri uzatmaq, emalın rəngini iki-üç ton daha açıq və ya tünd etmək, dişlər arasında boşluqların doldurulması və s. mümkündür. Təqdim olunan diş üzlüklərinin əlverişliliyi çox heyranedicidir.
Vinirlər öz uzunmüddətliyi ilə seçilirlər. Həkim tövsiyyələrinə əməl edilsə illərlə xeyrini görə biləcəksiniz. Vinir insan sağlamlığı üçün tam zərərsizdir.
Vinirlərin dezavantajları da mövcuddur: Əgər daha keyfiyyətli üzlüklü vinir qoyulmasını tərcih ediriksə,bu yüksək məbləğə başa gələcəkdir. Bundan əlavə, vinir dişin quraşdırılması üçün sağlam dişin yonulması baş verməlidir.
Pasiyent gələcəkdə dişlərinin əvvəlki görünüşünə qayıtmaq istəyirsə, bu halda dişlərin plomb ilə doldurulması baş verməlidir. Belə qərarın veriləcəyi ehtimalı kiçik olsa da, heç kim gözəl və cazibədar təbəssümdən imtina etməyəcəkdir.
Sağlam olun!