Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Uşaqlarda tez-tez rast gəlinən konyuktivit

Uşaqlarda tez-tez rast gəlinən konyuktivit

Yenə konyunktivit?!

Uşaqlarda konyuktivitin müalicəsi böyüklərə nisbətən çətindir, çünki onlara (göz damcıları yandırıcı xüsusiyyətə malikdir, maz və s.) narahatlıq yaradır. Diaqnozun adından aydın olduğu kimi, konyunktivit (göz qişasının və göz qapaqlarının daxili səthini əhatə edən membranın) iltihabıdır. Hər bir uşaq 1 dəfədə olsun belə bu xəstəliyi keçirməlidir, lakin çox uşaqlar bu problem ilə ildə 3-5 dəfə qarşılaşırlar.

Bunun səbəbi kimi, zəifləmiş immunitet sistemi və bir sıra xroniki xəstəliklər göstərilir. Simptomlar isə digər viruslar ilə qarışdırılmır: göz qapağının qızarması, gözdə "qum" hissi, qırpma zamanı yandırıcı ağrı, qaşınma, göz yaşı axını, irinli çirk və.s.

Uşaqlarda konjonktivitin müalicəsi:

Birinci baxışda sadə görsənsə belə, gözlərin yuyulması hər bir konyunktivit üçün müalicənin ilk mərhələsi, ən vacib komponenti sayılır. Əlinizdə heç bir antiseptik və ya xüsusi göz damcısı olmadıqda, ən əlverişli vasitə ev temperaturunda olan qaynanmış su uyğun olacaqdır. Əsas odur ki, bu proseduru müntəzəm və düzgün şəkildə yerinə yetirəsiniz. (Hər bir göz üçün ayrı pambıqdan istifadə edərək gözü yuyun, 1 kənarından digər kənara doğru silin).

Furasilin

Xoşbəxtlikdən, konyunktivitin müalicəsində istifadə olunan bir çox antiseptik preparatlar "ucuz" dərmanlar kimi təsnif edilir və uşaqlıqdan bəri hamımıza istifadə olunub. Məsələn, furasilin suda həll olarkən rəngi parlaq sarıdır (hazır şüşədəki furasilin məhlulunuda əldə edə bilərsiniz və ya həbi əzmərək qaynadılmış və ya distillə edilmiş suda həll edə bilərsiniz).

Çay

Tünd dəmlənmiş qara çay konyuktivit göz üçün ən əlverişli göz yuyucusudur.

"Solğun rəngli" kalium permanqanat 

İşıqlı çəhrayı kalium permanqanatın (marqans) azacıq miqdarı su ilə zəif həlli müxtəlif konyuktivit növləri üzrə gözlərin yuyulması üçün çox təsirli vasitədir.

Çobanyastığı

Çobanyastığı çiçəkləri ənənəvi olaraq boğaz ağrısı üçün istifadə olunur. Hətta konyuktivit zamanı gözlərin durulanması üçün məsləhət görülür. 1 çay qaşığı çobanyastığının üzərinə 1 fincan qaynar su tökün, 15 dəqiqə saxlayın, sərinlənsin və uşağın gözlərini yuyun!

Virus və bakterial konyuktivitin qarşısının alınması üçün, körpənin həmişə əllərini sabunla yuymaq və başqasının dəsmalından, salfetindən və s. istifadə etməmək lazımdır. Allergik konyuktivitin qarşısının alınması üçün uşağın immun sistemini gücləndirin: bolluca tərəvəz və meyvələr rasiona salmalı, idmanla məşğul olmalı və daha çox təmiz havada olmalıdır.

Sağlam olun!

Oftalmoloqlar