Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Uşaqlar üçün doğru ortopedik ayaqqabılar necə seçilməlidir

Uşaqlar üçün doğru ortopedik ayaqqabılar necə seçilməlidir

Müasir uşaqların həyat tərzi, böyüyən orqanizmin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Parta arxasında və kompüterdə oturan uşaq aktiv həyat tərzinə vaxt ayırmır. Nəticədə, bədənin oynaq-sümük sistemi, əzələ sistemi zəif inkişaf edir, əyri onurğa sütünü formalaşır. Yastığəncəlik - sabit həyat tərzinin bir nümunəsidir, dar ayaqqabı ucluğu, ayaq ölçüsü uyğunluğunda olmayan ayaqqabı seçildikdə, narahat ayaqqabı ilə daha da dərinləşir. 

Ayağın arzuolunmaz yastıpəncəlik pozuntularının qarşısını almaq və uşağa necə düzgün ayaqqabı seçmək lazımdır?
"Ortomoda" Mərkəzinin biomedikal mühəndislərinin fikrinə əsasən, uşaqların ilk addımlarından başlayaraq pozğunluqların qarşısının alınması məqsədi ilə ilk növbədə ayaq masajı və ayaq barmaqlarının masajı tövsiyyə oluna bilər. 

Nəzərə almaq lazımdır ki, uşaq həyatının müxtəlif dövrlərində uşaq pəncəsinin özünəməxsus xüsusiyyətləri vardır: "tam uzatmaq" və "dəyirmi forma almaq" kimi forma ala bilir. Uşaq gəzərkən yeriş formasında, qamətdə dəyişiklik olarsa, bu zaman tibbi məqsədlər üçün hazırlanmış ortopedik ayaqqabılara ehtiyac duyulur. 

Uşaq ayaqqabılarında uzunluğu 5 sm-dən az olmayan sərt dayaq olmalıdır, bu tip ayaqqabılar istənilən vəziyyətdə oynaqların artıq hərəkətliliyini, ayağın düzgün qurulmasını və deformasiyanın daha da inkişafının qarşısını alır.  Ayaqqabılar xüsusi ipliklər və dirsəklər vasitəsilə tənzimlənməlidir, ayaq tamlığı düzəldilməlidir. Ayaqqabının kifayət qədər sərt altlığı və gəzinti üçün rahat şərait yaradan, xüsusi bir ortopedik dabanı olmalıdır. 

Ortopedik ayaqqabılar tikilərkən və ya alınarkən uşağın fərdi ayağının quruluşu və inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır. Buna görə ortopedik ayaqqabılarda fərdi ayaq ölçüləri mütləqdir.

Mağazalarda çoxlu uşaq ayaqqabıları var və valideynlər tez-tez düzgün uşaq ayaqqabısı seçmək üçün çətin vəziyyətlər ilə üzləşirlər. Lakin, bu vəziyyətdəki ən başlıca məqsəd, uşağın ayaqqabısının ölçüsü - uşaq ayağı ölçüsünə uyğun olmalıdır. Siz uşaq böyüyəcək deyə böyük ölcülü ayaqqabı almamalısınız. 

Ayaqqabılar barmaqların sərbəst hərəkət etməsinə imkan verməlidir. Ayaq ayaqqabı ipliyi və ya yağışqan ilə tənzimlənməlidir, lakin bu zaman ayaq sıxılmamalıdır. 

Ayaqqabı təbbi dəridən olmalıdır.

Ekspertlər tövsiyyə edirlərki, uşağın ayaq ölçüsü axşam ölçülsün, səhər və ya gündüz vaxtlarından fərqli olaraq axşam ayaq ölçüsü nisbətən böyüyür, bu zaman normal ayaq ölçüsünü almaq olar.

Qeyd: Ortopedik ayaqqabı istehsalçılarına diqqət yetirmək vacibdir. Rusiya istehsalçılarının bütün ortopedik ayaqqabıları Sağlamlıq Mərkəzi tərəfindən klinik sınaq və qeydiyyatdan keçirilir. Ümumiyyətlə, ortopedik ayaqqabıların istehsalı - istehsal və innovasiyalara sərmayə qoymağı tələb edən kompleks prosesdir.

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi uşaq malları sənayesinin inkişafı çərçivəsində, yerli istehsalçıları uşaqlar geyim vasitələrinə, vəsaitlərin ayrılmasını və ya istehsalda istifadə edilən avadanlıqlar üçün kreditlərin və lizinq ödənişlərinin kompensasiya edilməsini təmin edir.

Sağlam olun!

Ortopedlər