Çox gümanki, çoxlarınız təyyarə uçuşlarından sonra dərinizdə quruluq hiss etmisiniz. Bu zaman nəinki dəriniz - gözləriniz, burun, dodaq dəriniz belə qıcıqlanmışdırlar. Bu dəfə araşdıraq niyə təyyarədə hava rütubəti yeteri qədər deyil və bunun qarşısını necə ala bilərik? Niyə hər dəfə uçuşdan sonra elə hiss edirik ki, sanki səhralıqda həftəmizi keçirmişik?! Göz və dodaqda quruluq, dəri dartınması və. s.
Uçuş zamanı xoşagəlməz halları necə xoş məşğuliyyətə çevirə bilərik mövzusunu aktuallaşdırdıq və Sizlərlə bölüşürük.
Havanın rütubətliliyi bir çox amillərdən asılıdır. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı alimləri orta ev temperaturunda havanın nisbi rütubətliliyini 30% oldugunu, təyyarələrdə isə bu rəqəm xeyli aşağı, 20% -dən çox olmadığını qeyd edirlər.
Lakin, bütün bu narahçılıqları aradan qaldırmaq üçün bir neçə çıxış yolları vardır:
* Üzünüzə nəmləndirici krem və ya qalın təbəqə ilə qidalandırıcı ton tətbiq edə bilərsiniz,
* Linzalari eynəklə əvəzləyin,
* Burun üçün dəniz suyu tərkibli spreylərdən istifadə edin,
* Uçuş öncəsi və uçuş vaxti su için,
* Spirtli və kofein tərkibli içkilərdən uzaq olun,
* Parça maskalardan istifadə edin.