Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Suyu dəmirdən (Fe) təmizləməyin 6 səbəbi

Suyu dəmirdən (Fe) təmizləməyin 6 səbəbi

Həkimlər, dietoloqlar, idmançılar məsləhət görürlərki, gün ərzində 1.5-2 litrdən az olmayan suyun qəbulu mütləqdir.

Bu necə tərkibli su olmalıdır? Gündəlik həyatımızda istifadə etdiyimiz su nə dərəcədə sağlamlığımıza müsbət təsir edir?

Çox az adam təxmin edir ki, xəstəliklərin səbəbi məhz suyun tərkibində dəmirin çox olmasından ola bilər.

Su paslı deyilsə, rəngi sarı deyilsə onun tərkibində dəmir yoxdur və narahat olmayacaq bir şey yoxdur deyə düşünmək olar. Bəs onda çayniklərdə, vanna otağında sarı ərp qatı necə əmələ gelib?

Cavab: suda həll olunan dəmir nəticəsində.

Uzun müddət su əşyaların materialların səthində qalarsa, rənglənmiş çöküntülərdə oksidləşir və çökür, materialların bütün səthlərinin, cihazların üzərində qalıcı yuyulması cətin olan ləkələr qoyur. Amma materiallardan dəmirin yuyulma zamanı aşılanması və ya korroziyaya uğraması heçdə problem deyil, çünki əsas zərər orqanizmimizə dəyir.

Nəyə görə suyu dəmirdən təmizləmək lazımdır?

Əgər suda dəmir 0.3 mq / l-dən çoxdursa, bu suyu içməməlisiniz. Bu çox böyük riskdir.

Suyun tərkibində dəmir artıq olarsa:

  1. Qaraciyər, böyrək, ürək funksiya dəyişikliyi,

  2. Mədə-bağırsaq traktının pozulması, 

  3. Diqqət və reflektor pozğunluqları,

  4. Dərinin sarılaşması, quruluq,

  5. Quru və büzüşmüş saçlar və dırnaqlar,

  6. Süstlük, immunitet zəifliyi baş verir.

Şərt deyil ki, bu simptomlar həmən ozünü göstərsin. 

Yavaş-yavaş orqanizmə mənfi təsir edərək orqanizmi sıradan çıxardır.

Sağlam olun!

Qastroenteroloqlar