Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Süd içməyin xeyri

Süd içməyin xeyri

Naqoya Universitetinin Yaponiyalı tədqiqatçılarının fikrincə, südün gündəlik istehlakı mədə xərçəngi riskini azaldır.
Alimlərin nəzarəti ilə tədqiqatda 500 nəfər iştirak edirdi. Nəticə onu göstərdi ki, gün ərzində 180-220 millilitr süd (təxminən bir şüşə stəkan) içmək bağırsaq xərçəngi riskini 10-12% azaldır.
Daha dəqiq nəticələr əldə etmək üçün, alimlər uzun müddət dünyanın müxtəlif ölkələrində hələdə geniş miqyaslı tədqiqat aparırlar. Məlumdur ki, süd kalsiumla zəngindir, bu da xərçəng hüceyrələrinin yoğun bağırsaqda inkişafı riskini azaldır. Süd 200-dən çox komponentlərdən ibarətdir. Mütəxəssislər qeyd edirlər ki, insan orqanizminin normal inkişafı və fəaliyyətini təmin edən su, asan mənimsənilən zülallar, yağlar, karbohidratlar, mineral duzlar,  vitaminlər və digər maddələr südün tərkibində zəngindir.

Sağlam olun!

Endoskopistlər