Həsən bəy Zərdabi pr., 84, 86
Həsən bəy Zərdabi pr., 84, 86
"Şəfa" MDM Azərbaycanda ilk özəl tibb mərkəzlərindən biri kimi fəaliyyətinə 1996-cı ildə başlamışdır. "Şəfa" MDM-in fəaliyyətinin əsas istiqaməti əhaliyə və tibb müəssisələrinə qabaqcıl diaqnostik laborator xidmətlər göstərməkdir.Zamanla sınaqdan çıxmış çoxillik iş təcrübəmiz və sertifikatlaşdırılmış yeni nəsl avadanlığı ilə təchiz olunmuş müasir yüksək texnalogiyalı laboratoriyalarımız qısa vaxt ərzində geniş spektrli düzgün və dəqiq analizlərin aparılmasına imkan verir.Biz hal-hazırda pasiyentlərə dəqiq diaqnoz qoymaq və onların müalicəsində yaxşı nəticə əldə etmək istəyən həkimlərə kömək üçün geniş spektrdə müxtəliflaborator testlər (geniş yayılmış qanın kliniki analizindən xüsusi nadir tədqiqatlara kimi) və şərh üçün asan başa düşülən nəticə blankları hazırlayırıq.Bizim klinikamızda laborator diaqnostika üzrə arasında müxtəlif elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəssislər işləyirlər.Təcrübəli əməkdaşlarla yanaşı,öz təcrübəsini daima artıran gənc həkimlər,laborantlar və texniki işçilər də çalışırlar."Şəfa" MDM-də aparılan müayinələrin nəticələri nəinki Azərbaycanın bütün tibb müəssisələrində, eləcədə MDB və Avropanın inkişaf etmiş ölkələrində də tanınır.Bizim mərkəzdə əsas istiqamət sayılan laborator diaqnostika ilə yanaşı müxtəlif müalicəvi və diaqnostik prosedurlar(Rentgen,USM,EKQ,EXO-KQ,REQ, EEQ,endoskopiya,plazmaferez,ozonoterapiya)aparılır.