Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım
Məlumat yoxdur
Səhhət Klinikası

Səhhət Klinikası

Klinikanın reytinqi 4.5
Ünvan

Q. Qarayev küç., 103

Ünvan

Q. Qarayev küç., 103

Qısa məlumat

  • Pasientin fikirləri Rəylər
  • Klinika haqqında ətraflı məlumat Haqqında
  • Klinikanın həkimləri (11) Həkimlər

Klinika haqqında

“SƏHHƏT” Azərbaycan-Almaniya klinikası 1999-cu ildən fəaliyyət göstərir. Bütün bu illər ərzində biz pasiyentlərimizin səhhətinin keşiyində durmaq üçün çalışmışıq. Klinikaya gələn pasiyent bizə ən böyük sərvəti olan sağlamlığını etibar edir və biz hər zaman bu etibarı doğrultmağa çalışırıq. Bizim üçün ən önəmlisi - pasiyentlərimizin sağlamlığıdır!

Xidmətlər

1. Ambulator-poliklinik xidmətlər

Hər növ tibbi xidmətlər bir ünvanda:

  • mütəxəssislərin konsultasiyaları
  • diaqnostik müayinələr
  • tibbi prosedurların geniş spekti

Biz tibbi sirrin qorunmasına və şəxsi məlumatların açıqlanmamasına zəmanət veririk.

 

2. Check-up xidmətləri

Tibb ilk öncə xəstəliklərin profilaktikasına, ağırlaşmaların qarşısının alınmasına yönəlməlidir.

Klinikamız tərəfindən dövri (İcbari) tibbi-profilaktik və könüllü tibbi-profilaktik müayinə xidmətləri göstərilir, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyyinin 46 saylı Əmrinə əsasən və “OEUK” sertifikatı və “OEUK” pin kodu olan həkimlər tərəfindən “offshore check up” lar aparılır.

 

3. İlk tibbi yardım üzrə təlimlər (First Aid)

Bir sıra hallarda düzgün göstərilmiş ilkin tibbi yardım insan həyatını xilas edə bilər. Buna görə hər kəsin ilkin tibbi yardım qaydaları ilə tanış olması vacibdir. SƏHHƏT klinikasının keçirdiyi ilkin tibbi yardım (First Aid) təlimlərinin məqsədi əhalini bu qaydalarla tanış etməkdən ibarətdir.

 

"SƏHHƏT" tibbi təlim mərkəzi olaraq, "Amerika Ürək Assosiasiyasının” BLS (basic life support)" sertifikatlarına uyğun olaraq sənaye və istehsalat müəssisələrində həkimə qədər ilkin tibbi yardım (First Aid) təlimlərini tədris edirik.

 

Bütün təlim kursları peşəkar, sertifikatlaşdırılmış (Basic First Aid) instruktorlar tərəfindən aparılır. Təlim həm nəzəri, həm də praktiki (hands on) hissələrdən ibarətdir. İnteraktiv formatda aparıldığına, audio-vizual və digər əyani vəsaitlərdən istifadə edildiyinə görə təlim kursu yorucu olmur və məlumatların daha yaxşı qavranılmasına imkan verir.

 

4. İş yerlərinin attestasiyası

Əmək şəraitinə görə iş yerlərinin attestasiyasının aparılmasında əsas vəzifələr:

1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki miqdarının müəyyənləşdirilməsi,

2.İşyerlərində əməkşəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi,

3. Zərərli və ağır əmək şəraiti ilə əlaqədar olan işlərə görə güzəşt və kompensasiya verilməsi hüququnun təsdiqi və yaxud ləğv olunması,

4. Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin işlənib

hazırlanması.

 

İş yerlərində attestasiyanın aparılmasının normativ əsasları:

İşyerlərinin attestasiyasının keçirilməsinə zərurət AR Əməkməcəlləsinin 54, 64-cü maddələrində özəksini tapır, keçirilmə qaydaları isə AR NK 06 aprel 2000-ci il tarixli 38 saylı qərarı ilə tənzimlənir. İş yerlərinin attestasiyasının keçirilməməsinə görə işəgötürən İnzibati Xətalar Məcəlləsinin 92.2. maddəsinə görə (İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə) 700-1200 AZN məbləğdə cərimə edilir.

 

ƏMƏK MƏCƏLLƏSİ Maddə 64.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normative hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına əlavə "İş yerlərinin attestasiyasının keçirilməsi QAYDALARI”

1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

1.5. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin

xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən

müəyyən olunur.

 

5. Müəssisələrdə (xüsusən, istehsalatlarda) standartlara uyğun tibb məntəqələrinin yaradılması

İstehsalatda tibb məntəqələrinin yaradılması nəyi təmin edir:

  • sanitar-gigiyenik tələblərə riayətolunmasını,
  • peşəxəstəliklərinin profilaktikasını,
  • işçilərin sağlamlıqlarının qorunmasını,
  • istehsalatda təmizliyin qorunmasını,
  • fövqəladə hallarda işçilərə vaxtında tibbi yardımın göstərilməsini.