Saçlar bədənin sağlamlığının bir göstəricisidir. Ona görə də, onların tökülməsini görən an, tökülmə prosesinin səbəbini təyin etməli və dərhal problemi həll etməyə başlamalısınız.
Keçəlləşmə - bədənin müəyyən sahələrində tük nahiyyələrinin seyrəkləşməsidir. Xəstəliyin formasına görə, nəinki başda, eləcə də bədənin digər nahiyyələrində, məsələn, qolda, ayaqlarda, qaş və kirpiklərdə saç tökülməsi müşahidə oluna bilər.
Təsirli müalicə üsulunu tapmaq üçün, tibbi müayinədən keçməlisiniz və saç tökülməsinin səbəbini dəqiq şəkildə müəyyənləşdirməlisiniz. Təxminən 95% hallarda, kişilərdə saç tökülməsi androgenetik səbəblərdən baş verir.
Yəni, dehidrotestosteronun (kişi hormon testosteronunun aktiv forması) təsiri nəticəsində adətən alın bölgəsinin tükləri tökülür. Lakin, başın arxa və qulaq ətrafı nahiyyələr dehidrotestosterona həssas olmadığından, bu bölgədə saç tökülməsi çox ləng baş verir.
Buna görə də, alopesiyanın effektiv müalicəsi üçün həkim əsl səbəbi tapmalı və onu aradan qaldırmalıdır. Doğru diaqnoz qoymaq üçün aşağıdakı müayinələr edilə bilər:
Trixoskopiya - Bu prosedurda, həkim əlcəklə tük diblərini yoxlamaqla, cildin vəziyyətini araşdırır, vəziyyəti videoya çəkir.
Biokimyəvi analiz - Bu diaqnostik proseduru həyata keçirmək üçün xəstənin müxtəlif saç zonalarından 1 neçə tük çıxarılır və onları makro və mikroelementlərin tərkibinə görə yoxlayırlar. Bu prosedurun köməyi ilə baş nahiyyəsində saç dibində baş verən metabolizm pozuntuları aşkar olunur.
Ümumi göstərişlər:
Bəzi hallarda dazlaşma genetik faktorlarlada əlaqəli olur. Bu prosesin nisbətən qarşısını almaq vasitəsi kimi sağlam həyat tərzi yaşamaq əsas götürülür. Düzgün qidalanma növlərini seçin, yarımfabrikat, konservant və kimyəvi tərkibli məhsulları rasionunuzdan çıxardın. Mütəmadi vitamin-minerallar kompleksi (əsasəndə tərkibində V qrup vitaminlər olan) qəbul edin. Stressli mühitlərdən uzaq olmağa çalışın. İsti və soyuq havalarda çalma və ya papaqdan istifadə edin. Tam kurs müalicə alın.
Dərmanlar:
1. Xaricə istifadə üçün məhlullar,
2. Dazlaşma üçün həblər,
3. Xalq müalicəsindən istifadə edə bilərsiniz.
Sağlam olun!