Qucaqlamaq. Sevdiklərinizi yatmazdan əvvəl qucaqlayaraq, bədəninizin rahatlamasına kömək edirsiniz, bu zaman beyniniz problemlər barədə düşünməyi dayandıracaqdır. Bu, yatmağı asanlaşdırır və yuxularınızı sakit və möhkəm edir.
Pişik saxlamaq. Evdə pişik saxlayan insanlar digərlərindən təxminən iki dəfə az ürək problemləri yaşayırlar, infarkta tutulma riski üç dəfə az olur.
Gəzinti. Gündəlik hərəkətli gəzintilər damar və ağciyərləri, əzələləri möhkəmləndirir, döş xərçəngi riskini dörddə bir azaldır.
Apelsin şirəsi. Bu içkilərin müntəzəm istifadəsi osteoporoz ehtimalını azaldır və piylənmənin qarşısını alır.
Bal. Arıların təbii məhsulu olan bal beynin fəaliyyətini yaxşılaşdırır. Yaddaş və konsentrasiyanın inkişafına kömək edir, böyüklər, həm də uşaqlar üçün faydalıdır.
Dəniz. Statistikaya görə, sahildə yaşayan insanlar daha aktiv həyat tərzi keçirir və stressə daha az meylli olurlar. Bu səbəbdən onların sağlamlığı, immuniteti şəhər əhalisindən daha güclüdür.
Su. Deyilənlərə görə insan gündə 8 stəkana qədər su içməlidir. Lakin susuzluq hiss edirsinizsə, su içmək gərəklidir. Susuzluq hiss edərkən suyun qəbulu o deməkdir ki, orqanizm ümumi çəkidən 1% ni itirmişdir. Bu zaman içilən su faydalı su sayılır.