Əhməd Rəcəbli küç., 3, 10 (Şəki restoranı yaxınlığı)
Əhməd Rəcəbli küç., 3, 10 (Şəki restoranı yaxınlığı)
2003-cü ildən fəaliyyət göstərən "Sağlam Ailə" Tibb Mərkəzi akkreditasiya edilmiş geniş çeşidli laboratoriya ilə əhalinin xidmətindədir. Eyni zamanda mərkəz gənclərin nigah öncəsi tibbi müayinə mədəniyyətinin təyinatçısı kimi tanınır.İSO 15189:2012, İSO 9001:2008 beynəlxalq keyfiyyət standartına malik olan 3000 növdən artıq analiz çeşidi olan laboratoriyanın fəaliyyəti hal-hazırda da sertifikatlaşdırma üzrə dünya liderlərindən sayılan "Büro Veritas" təşkilatının nəzarəti altındadır və müəssisədə aparılan müayinələrin keyfiyyət, anonimliyinə zəmanət verilir. Eyni zamanda profilaktik müayinə üçün müraciət edən pasientlərə müəssisə daxilində poliklinik xidmətlər və hər yaş qrupu üçün" checkup" paketlər də təklif olunur."Sağlam Ailə" Tibb Mərkəzinin fəaliyyət istiqamətində həyata keçirilən minlərlə sosial layihələr, aksiyalar, tələbələr, yeni ailə quranlar və gələcək valideyinlər üçün olan təlim - seminarları da qeyd etmək olar."Bu günün müayinəsi - sabahın Sağlam Ailəsi" devizi isə Tibb Mərkəzinin əsas məqsədini də özündə əks etidirir.