Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Saçlara payız qulluğu

Saçlara payız qulluğu

Yay ayı - enerjisi, istisi ilə həyatımıza pozitiv gətirir. Soyuq aylarda o qədər yayın günəşli günlərini özləyirik ki, D vitamini qəbulunu, ultrabənövşəyi şualarını aşırı şəkildə qəbul edirik. Lakin saçlar bizə buna görə "çox sağol " demir.
Saçlara payız qulluğu necə olmalıdır? 
Qısa və ya uzun müddətli tətildən sonra, isti iqlimdə alınmış effektli dəri qaralması ilə birgə saçlarlada ciddi problemlər yaşayırıq. Saçlar cansız, quru, saçqıranlı, baxımsız olurlar. Şübhəsiz, bunun səbəbi yay günəşi, duzlu dəniz suyu və isti havadır.

Bu zaman nə etməliyik? 
Elbətdə, ram olunmayan saçları ütü fen vastəsi ilə düzləşdirmək və ya saçları dairəvi daraq ilə lokon formasına salmaq olar. Bu vəziyyəydə saçlara tətbiq olunan yüksək temperatur ocağa yağ tökmək kimi bir haldır. Gün şuası ilə zədələnmiş saçları bu vasitə ilə ört basdır etmək çıxış yoıu deyildir!
Saçlara olunan payız qulluğunun əsas şərtlərindən biri qidalandırma və nəmləndirmədir. Saç maskalarından istifade edə bilərsiniz. Arqan yağı ekstratlı, kakos, makadami, protein tərkibli maskalardan isrifadə çox əlverişlidir. Maskaların tərkibi minerallarla və qidalandırıcı, nəmləndirici vasitələrlə zəngin olduğundan nəticəni o saat görmək olur. Maskaları aptekdən, xüsusi ixtisaslaşmış estetik mərkəzlərindən və ya evdə hazırlamaqla əldə edə bilərsiniz. Əsas odur ki, saçınızın teksturasına uyğun düzgün maska növü seçəsiniz. Bu maskaları bərpaedici baxım kompleksi ilə saçlarınıza tətbiq etsəniz tezliklə daha effektli nəticə görə biləcəksiniz.

Kosmetoloqlar