Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Rentgenoqrafiya - şüalarının təhlükələri

Rentgenoqrafiya - şüalarının təhlükələri

1. Rentgen şüalarının cinsiyyət orqanları və qan hüceyrələri üzərində mənfi təsiri olduğu sübut edilmişdir. Nəticədə, prosedur zamanı qoruyucu hissələr bədənin bütünlükdə qarın hissəsini qorumaq üçün istifadə olunur. Bu örtücü hissə toxumaları zərərli radiasiyadan qoruyur.
2. Uşaqlar üçün rentgen qadağandır və yalnız digər diaqnostik üsullar mümkün olmadıqda rentgendən istifadə oluna bilər. Prosedura zamanı qurğuşun plitələri olan xüsusi ekran və geyim elementləri uşağın bədəninin bütün səthini örtməlidir, çünki uşaq bədəni tam formalaşmamışdır və radiasiyaya tab gətirməsi üçün çox zəifdir.

Alimlər müalicə mərkəzlərində xəstələrin ildə 5 millizivert rentgen dozasının səviyyəsini müəyyənləşdirdilər. Mütəmadi olaraq müayinə edilənlər, ildə 1 millizivert normasında şüa almalıdırlar. Artıq alınan rentgen şüası immun sistemin pozulmasına, halsızlığa səbəb ola bilər.
Ənənəvi rentgen prosedurlarının radiasiya dozaları çox azdır.

Diş rentgeni 0.003 radiasiya dozasını təmin edir. Mədə rentgeni zamanı 0.176 X-ray dozasını alınır. Bütün əsas orqanların tomoqrafiyası 1 dozanı təmin edir. Bu, o deməkdir ki, rentgen dozası düzgün seçilərsə - düzgün istifadə olunarsa, insan orqanizminə zərər verməməsi deməkdir. Ən zərərli hesab edilən rentgen orqanlarının tomoqrafiyasıdır. Digər prosedurlar o qədərdə zərər yetirmir. Xüsusilə, bu səbəbdən, tomoqrafiya təyin etməzdən əvvəl həkimlər, rentgen prosedurun daha əvvəl nə zaman keçirildiyini soruşmalıdırlar.

Hamiləliyin son aylarında həkimlər, rentgenoqrafiya təyin etməkdən çəkinirlər. Əlbəttə, rentgen olunacaq nahiyyəni qoruyucu qurğuşun plitələrlə xüsusi önlük qoruyur, yalnız kritik hallarda hamilə qadının həyatına təhlükə yarandıqda rentgenoqrafiya olunmasına icazə verilə bilər.

Sağlam olun!

Rentgenoloqlar