Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Qaraciyərin bərpası üçün ən faydalı məhsulların adları ilə tanış olun

Qaraciyərin bərpası üçün ən faydalı məhsulların adları ilə tanış olun

Qaraciyər bədənimiz üçün sanki bir filtrdir. O, bizi qəbul etdiyimiz ərzaqlarla birgə orqanizmə düşən zərərli maddələrin təsirindən qoruyur.

Qaraciyər bədəni bir çox zərərli amillərdən qoruyur və orqanizmin uzun müddət "iş şəraitində" qalmasına kömək edir. Bu səbəbdən vücudumuz üçün faydalı məhsulları qəbul etmək məqsədə uyğundur.

Aşağıda, qaraciyərin bərpası üçün ən faydalı məhsullar haqqında məlumat veririk:

Balqabaq

Balqabaqda az tanınan vitamin T (və ya karnitin) mövcuddur. Ağır və yağlı qidaları rahat həzm etmək üçün kömək edir və öz növbəsində bu mövzuda qaraciyərin işini asanlaşdırır. Balqabaq həm də tək yeyilə bilər, sobada pişirilir (şəkər əvəzedicidir). Həmçinin ət məhsullarının yanında gözəl qarnir kimi təqdim edilə bilər.

Laminaria

Dəniz kələmi adlandırılır. Tərkibində algin turşusu vardır. Bu da zərərli maddələrin qəbul edicisi olaraq da tanınır. Alginatlar ağır metal duzlarını birləşdirir və qaraciyəri zərərli maddələrdən təmizlənməyə kömək edir.

Süd məhsulları

"Süd" bağırsaqlarda sağlam mikrofloranın inkişafını və bədəndən toksinlərin aradan qaldırılmasını təmin edir. Buna görə də süd məhsulları da başqa cür qaraciyər köməkçisi sayılır. Şirin qatqısı olmayan kefir, aşağı yağlılıqda süd və ya qatıq məhsullarına üstünlük vermək tövsiyyə olunur.

Qaysı (Ərik qurusu) 

Ekspertlər qida tərkibində ərik qurusu yeməyin qaraciyər xərçəngi ehtimalı azaldığını sübut etdilər. Buna görə də, quru ərik rasiona salınacaq ən vacib məhsullardan olmalıdır. Dörd ədəd qaysı yemək bütün faydalı maddələrin qəbul edilməsi və orqanizmə zərər verməmək üçün kifayətdir.

Zeytun yağı
Zeytun yağı tərkibində vitamin E mövcuddur. Vitamin E orqanizmi azad radikalların təsirlərindən qoruyur. Bu maddə əsasən günəş işığı, siqaret tüstüsü və radiasiyaya məruz qalmaqla formalaşır. Buna görə zeytun yağı - bədənə bu işin "öhdəsindən gəlməyə" kömək edəcəkdir.

Sağlam olun!

Hepatoloqlar