Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Qan rezusları hansı xəstəlik riskinə təsir edir

 Qan rezusları hansı xəstəlik riskinə təsir edir

Alimlər hesab edirlər ki, bədənin toksinlərə, viruslara və bakteriyalara qarşı müdafiə xüsusiyyətləri qan qrupu ilə əlaqələndirilir - bu səbəbdən bu faktor müəyyən xəstəliklərin meylini müəyyənləşdirir.

Tromboza meyllilik - Tombozun meydana gəlməsi ürək-damar sistemi üçün təhlükəli bir fenomendir: Bu tromboz damarların tıxanmasına səbəb olur, qan dövranı pozğunluqları, tromboembolizm, ürək böhranı, ürək aritmiyası və ölüm riski yüksək olur. 

Araşdırmalar göstərir ki, 1-ci qan qrupunun sahibləri tromb xəstəliklərini az səviyyədə keçirirlər. İkinci və üçüncü qrupdan olan insanlar üçün bu risk 30% artmışdır. Dördüncü qrupda isə - 20% meyllilik vardır.

Ürək çatışmazlığına meyllilik - Elmi tədqiqatçılar bildirirlər ki, üçüncü və dördüncü qan qruplarında ürək çatışmazlığından əziyyət çəkmə riski artıqdır. İkinci qrupun sahibləri ən az meylli olanlardır.

Mədə xorasına meyllilik -  Alimlər bu xəstəliyin inkişafını infeksiyaya immunitetinin cavabı ilə əlaqələndirirlər. İlk qan qrupunun varlığı mədə xoralarından daha çox eziyyət çəkə bilirlər. İkinci və üçüncü qrupun sahibləri digər qan qruplarına nisbətən daha az əziyyət çəkirlər.

Mədə xərçənginə meyllilik - İkinci qan qrupunun sahiblərinin bu xəstəliyə meylli olduğu daha çox nəzərə çarpır. Səbəb tibbə - hələdə məlum deyil! Birinci qrup, öz növbəsində, mədə xərçəngi riskinin ən aşağı səviyyəsinə sahibdir.

Mədəaltı vəzinin xərçənginə meyllilik - Birinci qrup ən aşağı risk qrupu altındadır, ikinci qrupda xərçəng növünün inkişaf riski 32%, dördüncü - 51%, üçüncü qrupda - 72% artmaqdadır.

Əksər hallarda, qan qrupu ilə müəyyən xəstəliklərə meylliliyi alimlər çox vaxt dəqiq müəyyən edə bilmirlər. Bir versiyaya görə isə, bu "qan antitellərinin bədənin iltihabına təsiri ola bilər" fərziyyəsidir.

Sağlam olun!

Gematoloqlar