Genlər, yalnız kimə oxşayırıq deyil, həmçinin hansı xəstəlik daşıyıcısı ola bilərik onuda bizlərə xəbər verə bilir.
Qadın xəttindən keçən genetik xəstəliklər:
- Depressiya - Alimlər depressiya ilə əlaqəli olan gen tapıblar - SLC6A15, hansı ki, bu gen irsi keçir. Çox vaxt bu gen anadan qıza ötürülür, çünki qadınlar kişilərdən 2 dəfə çox depressiyadan əziyyət çəkirlər. Yeri gəlmişkən, hamiləlik sonrası depressiyada irsi ötürülür.
- Qlaukoma - göz təzyiqinin dramatik şəkildə yüksəlməsi ilə müşahidə olunan xəstəlikdir. Bu xəstəlikdən qadınlar kişilərə nisbətən daha tez tutulurlar. Qlaukoma irsi genlərin mutasiyasıdır. Ananız əgər bu xəstəlikdən əziyyət çəkirsə, ən azı 6 ayda bir dəfə oftalmoloq tərəfindən müayinə edilməlisiniz və həftədə 3 dəfə idmanla məşğul olmanız gərəklidir. Bu xəstəlik zamanı idmanla məşğul olmaq - yoqa, aerobika və qaçış mükəmməl effekt verir.
- Erkən yaşlanma - "Gənc qalma" genləri vardır ki, dərinin elastikliyi və parlaqlığı, qırışların görünüşü, tez yaşlanma və s. insan simasında, orqanizmində əks olunur. Beləliklə, gənc görünməniz ananıza bağlıdır. Sizdən isə yalnız doğru qidalanma, idman və günəş şüaları altında daha az vaxt keçirtmək tələb olunur (daha çox günəş kremi və spreyi istifadə edin).
- Miqren - Qadınlar miqren xəstəliyindən 3 dəfə çox əziyyət çəkirlər və bu xəstəlik genetik ötürülür. Beləliklə, maksimum risk faktorlarını aradan qaldırmaq, daha çox istirahət etmək və mütəmadi olaraq həkim tərəfindən nəzarətdə olmaq lazımdır.
- Yuxusuzluq - anadan ötürülən genetik proses ola bilir. Bundan əlavə, bu genlər yalnız yuxusuzluqla deyil, nevroz, narahatlıq və depressiya ilə də əlaqəli olur. Belə bir xəstəliyin müəyyən əlamətlərini özünüzdə görsəniz psixoterapevt qəbuluna getməkdən çəkinməyin.
- Süd vəzisi və yumurtalıq xərçəngi - Qadın cinsiyyət orqanlarının xərçənginə səbəb olan genlər vardır. Ancaq həmişə xəstəliyə çevrilmir. Buna görə, əgər ana və ya nənəniz süd vəzisi və ya yumurtalıq xərçəngindən əziyyət çəkiblərə, mütəmadi olaraq həkim müayinəsində olmalısınız. 28 yaşına qədər doğum etmək və körpəyə süd vermək vacibdir (bu, xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldacaq), spirtli içkilərdən istifadəni minimuma endirmək və ümumiyyətlə sağlam həyat tərzi keçirtmək lazımdır.
Sağlam olun!