Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Prostatit nədir?

Prostatit nədir?

Prostatit - prostat vəzisinin iltihabı olub, sidik kisəsinin aşağı hissəsində yerləşir, sidik borusunun başlanğıc yolunu əhatə edir.

Prostatit iltihabı adətən 30-50 yaşlı kişilərin 30-58% -ində rast gəlinir.

Prostat iltihabının əsas səbəbi sidik kanalından və ya qandan keçən infeksiyalardır.

Aşağıdakı amillər prostatitin inkişafına zəmin yaradan səbəblərdir:

  • Az hərəkətlilik, oturaqlı iş rejimi,
  • Bədənin ümumi hərarətini aşağı salan şərait, (ictimai nəqliyyat vasitəsində və ya digər məkanlarda soyuqlama, soyuq daşın üzərində oturmaq və.s)
  • Qəbzlik,
  • İntim həyatda ara vermələr və ya aktivlik,
  • Xroniki infeksiya mənşəli ocaqlar,
  • Uroloji xəstəliklər,
  • Dar alt geyimləri.

Bütün bu faktorlar qan dövranını pisləşdirməklə, mikroorqanizmlərin artmasına, iltihabi proseslərin inkişafına, prostatitin əlamətlərinin yaranmasına şərait yaradır.

Sağlam olun!

Androloqlar