Podaqra (podaqrit artrit) orqanizmin metabolik patologiyasıdır. Bu zaman purinlərin mübadiləsi pozulur və nəticədə orqanizmin bəzi toxumalarında sidik cövhəri toplanır. Məhz buna görə də orqan və toxumaların fəaliyyətində pozuntular yaranır. Əsasən oynaqlar, böyrəklər və digər orqanlar (sümük, bağ və qara ciyər) zədələnir.
Podaqra xəstəliyi uzun müddətdir elmə məlumdur, sancılarla müşahidə edilir. Əsasən orta yaşlı kişilər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda isə bu hal ümumi podaqra xəstəliyinin 1-2 faizini təşkil edir.
Səbəbləri:
Podaqra əsasən genetik və irsi keçən sidik cövhəri metabolizmasındakı qüsurlardır. Genetik səbəblərdən başqa, podaqra xarici təsirlər nəticəsində də yaranır. Bunlar aşağıdakılardır:
-Ət məhsullarından ifrat dərəcədə istifadə etdikdə qida ilə birlikdə orqanizmə purin birləşmələrinin çox daxil olması;
-Piylənmə və artıq çəki;
-Alkoqollu içkilər, həddən artıq şərab içmək;
-Pis vərdişlər, hərəkətsizlilik.
İkinci podaqranın da yaranması mümkündür:
-Purin mübadiləsindəki dəyişiklik ilə şişmə prosesi fonunda;
-Orqanizmin zülal itkisinin artması;
-Diuretik müalicəsi zamanı;
-Sitostatik istifadəsi zamanı.
Podaqra sancıları alkoqol, sitrus, virus infeksiyaları, fiziki və ya psixi gərginlik, zədə, çıxıq, qan təzyiqinin oynaması, preparat qəbuluna stress reaksiyaları ilə yarana bilər.
Növləri
Podaqra zamanı daha çox böyrək, oynaqlar zədələndiyi üçün:
-Podaqra artriti,
-Böyrəklərin podaqradan zədələnməsi.
Sidiyin tərkibində olan sidik cövhərinin miqdarından asılı olaraq üç növ də podaqra pozulması da var:
-Ən yüksək həddə sidik cövhəri ilə metabolik forma;
-Böyrək forması, duzluluq miqdarı yüksək olan sidik cövhəri;
-Qarışıq forma-Həm sidik cövhəri, həm də duzun artıq olması. Bu isə kristalların yaranmasına səbəb olur.
Simptomlar
Podaqra xroniki və inkişaf edən xəstəlikdir, üç dəyişik formada üzə çıxa bilər:
-Podaqra mənşəli kəskin artrit;
-Sancılar arası podaqra mərhələsi;
-Tofuslu xroniki podaqra mərhələsi.
Podaqra artriti qəflətən üzə çıxır: gecə və ya gündüz, bir və ya bir neçə oynaqda yandıran, döyünən ağrılar başlayır. Adətən ayaqlarda yaranır və simmetrik olmur.
Bir çox hallarda ilk olaraq ayağın baş barmağı zədələnir.
Adətən daban və ya ayaq biləyi, diz, əllərdə barmaqların oynaqları, dirsək zədələnir. Bəzən isə oynaq ətrafı damarların şişməsi, hərarətin artması və titrəmə də olur.
Kəskin ağrılara görə oynaqların hərəkəti demək olar ki, mümkün olmur. Gündüz ağrı bir az səngisə də, gecəyə yaxın yenidən başlayır, bu isə nevroz və qıcıqlanmaya səbəb olur.
3-4 sutka sonra ağrı azalır, oynaqlarda göy rəngli ləkə yaranır, zaman keçdikcə bu yoxa çıxır. Sancı zamanı qan analizinin də cavabları dəyişir. Qanın tərkibində yüksək leykosit, yüksək iltihab üzə çıxır.
Sancılar müxtəlif vaxtlarda-Yarım ildə bir dəfədən bir neçə ildə bir dəfəyə qədər yarana bilər. Podaqranın inkişaf mərhələsinə uyğun olaraq sancıların tezliyi artır, daha uzun və daha kəskin olur, prosesə yeni oynaqlar cəlb olunur.
Diaqnostikası
Əsas diaqnoz oynaqların zədələnməsi ilə tipik podaqra sancılarıdır. Bu məlumatı kəskin iltihablı qan analizi, urat, kreatinin, sidik cövhərinin yüksək miqdarda olmasını göstərən sidik analizi tamamlayır.
Müalicəsi
Kəskin podaqra artritinin müalicəsi zamanı sakitçilik və sərin sarıqlar vacibdir.
Əsasən kolxitsin dərmanı istifadə edilir. Artrit ağrısı azalmadan hər saat 0.5 mq və ya əks təsir yaranana qədər (qusma, ishal) hər saat 0.5 mq. Amam sutka ərzində 6.-8 mq-dan az olmamalıdır.
Pəhriz
Bu ərzaq məhsullarını qətiyyən qəbul etmək olmaz:
-Spirtli içkilər (xüsusən pivə);
-Heyvanların daxili orqanları (qara ciyər, böyrək).
Bu qida məhsullarını məhdudlaşdırmaq lazımdır:
-Balıq (kürü, Baltika seldi, sardina vəs. Pəhriz zamanı daha iri balıq qəbul etmək mümkündür);
-Xərçəng və xərçəngkimilər;
-Ət (dana, donuz, quş, bulyon);
-Bəzi tərəvəzlər (noxud, lobya göbələk, gül kələmi, kərəviz, ispanaq).
Bu ərzaq məhsullarını məhdudlaşdırmadan qəbul etmək olar:
-Dənli (çörək, sıyıq);
-Süd məhsulları (süd, xama, pendir);
-Bütün meyvələr və meyvə şirələri;
-Yağ (kərə yağı, marqarin);
-Qəhvə, çay;
-Şokolad;
-Əksər tərəvəzlər (kartof, kahı, kələm, pomidor, xiyar, balqabaq, soğan, yerkökü, çuğundur, kök, kərəviz);
-Şəkər (amma artıq çəkiyə səbəb olur);
-Ədviyyat.
Podaqra xroniki xəstəlikdir, tam müalicəsi yoxdur. Amma xəstəliyi uzunmüddətli remissiya vəziyyətinə gətirmək olar.
Sancılar adətən 2-4 həftəyə müalicə olunur. Amma 6 aydan bir, daha tez-tez üzə çıxa bilər. Buna görə də sidik cövhəri və duzun miqdarını azaldan dərmanları bəzən ömrü boyu qəbul etmək lazım gəlir.
Sağlam olun!