Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Pankreatit

Pankreatit

Sağlam insanın mədəaltı vəzi müntəzəm olaraq pankreatik şirə ifraz edir. Bu şirə isə mədə şirəsinin turşuluğunu neytrallaşdırır və həzmedici fermentlərə qidanı həzm etməyə kömək edir. Xəstəlik zamanı bu ifrazetmə qabiliyyəti pozulur və fermentlər çox erkən aktivləşir. Nəticədə isə ətrafdakı toxumaları da həzm edirlər. Bunun nəticəsində isə mədəaltı vəz iltihablaşır.

Kəskin pankreatit zamanı mədəaltı vəzinin toxumaları ciddi şəkildə məhv olur. Bu isə onların şişməsinə və nekroza səbəb olur. Ferment və hormon, eyni zamanda insulin çatışmazlığı xroniki formada olanda həzm prosesi pozulur, mədəaltı vəzində kist formalaşır, diabet yaranır, eyni zamanda böyrək və nəfəs çatışmazlığı üzə çıxır.

Pankreatitin səbəbləri

Pankeratitin ən geniş yayılmış səbəbi spirtli içkilərin aludəçisi olmaq və böyrək daşı xəstəliyidir. Amma bununla yanaşı, digər risk faktorları da var:

-Oniki barmaq bağırsağın patologiyası-duodenit, mədə xorası;

-Mədə və mədə borusunda aparılan əməliyyatlar;

-Qarın boşluğu zədəsi;

-Müxtəlif, bir çox hallarda isə sidikqovucu dərmanlardan çox istifadə etmək;

Virus infeksiyaları, qulaqdibi xəstəliyi, B, C hepatiti;

-Askaridoz;

-Anadangəlmə mədəaltı vəzi xəstəliyi;

-Maddələr mübadiləsinin pozulması;

-Hormonal xəstəliklər;

-İrsi olaraq pankreatitə meyllilik.

Simptomları:

-Qabırğa altından gələn ağrı. Bəzən ağrı o qədər şiddətli ola bilər ki, pasiyent huşunu itirə bilər. Sancı bir saatdan bir neçə sutkaya qədər davam edə bilər;

-İştahsızlıq, ürək bulantısı, qusma;

-Hərarətin müsbət 38 dərəcəyə qədər qalxması, nəbzin sürətlənməsi, qan təzyiqinin aşağı düşməsi;

-Mədə yanması, hıçqırma, gəyirmə, ağızda quruluq;

-Köpmə, ishal və ya qəbz olma;

-Mədəaltı vəzinin şişməsi nəticəsində dəridə solğun, sarı və göyümtül ləkələrin yaranması.

Həkimə müraciət edin. Bəzən mədəaltı vəzi fermentləri amilaz və lipazdan qan analizi vermək kifayət edir. Eyni zamanda nəcis analizi də lazım ola bilər. Çünki pankreatit zamanı nəcisdə yağ damcıları olur. Əlavə olaraq, KT, MRT və ya UZİ təyin edilir.

Xəstəliyin dərəcəsindən asılı olaraq müalicəsi:

Kəskin pankreatitin ilkin mərhələsi zamanı pasientə ağrını aradan qaldırmaq üçün analgetik təyin edilir və xəstə orqana olan təzyiqi azaltmaq üçün pəhriz məsləhət görülür. Kəskin pankreatitin ağırlaşması zamanı həkim daşları cərrahi yolla götürmək məsləhət görə bilər. Eyni zamanda əməliyyatla mədəaltı vəzə çətinlik yaradan digər səbəblər də aradan qaldırıla bilər. Bəzən isə mədəaltı vəzi tam olaraq amputasiya etmək də məsləhət görülür.

Xroniki pankreatit xüsusi preparatlarla müalicə olunur. Eyni zamanda pasiyentə alkoqol, yağlı, duzlu, ədəvalı və istiotlu qidalar qadağan edilir. Bu halda əməliyyat nadir hallarda təyin edilir.

Profilaktika-sağlam həyat tərzidir. Balanslaşdırılmış qidalanma, fiziki gərginlik, pis vərdişlərdən imtina etmək, infeksiyon xəstəliklərin profilaktikası və müasir müalicə üsulları.

Həkim seçmək, həkimlə məsləhətləşmək və həkimin qəbuluna yazılmağa sizə bizim sayt kömək edər.

Saglam olun!!

Endokrinoloqlar