Panik atak problemi artıq nadir xəstəliklərdən sayılmır: psixoterapevərlər son zamanlar bu hal ilə müraciət edənlərin sayını həddən artıq çox olduğunu bildirirlər.
Bu nədir? Necə xəstəlikdir?
Ani olaraq insanı qorxu bürüyür, həyati təhlükə yaradan bir şeyin olduğunu insan yaşayır: boğulmağa başlayır, ürək döyüntüsü sürətlənir, ürəkbulanma, ayaqlarda süstlük, ürək getmə, sanki öləcəksiniz kimi hisslər bürüyür.
Panik atak - güclü qorxu hissidir, bunun nəticəsində adrenalin istehsalı artır.
Panik atak üçün tipik ssenari: ilk panik atakda insana təcili yardım çağırılır, araşdırma aparıldıqda hər hansı xəstəlik tapılmır. Normal halda, xəstəni yoxlayan həkim xəstəni psixoterapevtə yönləndirdikdə artıq xəstə tək olmadığını və bu xəstəliyin geniş yayıldığını anlayır. En pis hal o zamandır ki, panik ataklar tez-tez təkrarlanır və insan özünü ətraf aləmdən, iş fəaliyyətindən uzaqlaşdırmağa başlayır (evdən çıxmayım halım dəyişər, yolda, metroda baş verər deyə özünə qapanmağa başlayır)
Panik atakın əlamətləri:
İlk olaraq, panik hücum zamanı orqanizmdə hansı dəyişikliklər olduğunu müəyyən etmək lazımdır. "Qəfildən qorxduğumuz zaman biz, qarın əzələlərini sıxırıq və nəfəsimizi saxlayırıq. Yəni, biz əzələ tonusunu əmələ gətirə və oksigen təmininatını yarada bilirik. Panik atakda bu cür yaranır. Əzələ tonusunu təmin etmək üçün oksigen ehtiyyatı artmalıdır. Bu səbəbdən ürək döyüntüləri çoxalır. Ağciyərlərin hiperventilyasiyası başlayır. Nəticədə insan taxikardiya hiss edir, hansıkı tez nəfəs alma nəticəsində baş gicəllənməsi, ürək bulanma, əllərin tərləməsi yaranır.
Sağlam olun!