“BioNTech” şirkətinin banisi, “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı vaksin hazırlayan immunoloq Uğur Şahin bəyan edib ki, pandemiya gələn qışın əvvəllərində zəifləyəcək. “SARS-CoV-2” virusu üzərində qələbə vaksinin tətbiqi ilə mümkün olacaq. Sözügedən vaksinin istifadəsi patogenin ötürülməsi hallarını iki dəfə azaldacaq.
Şahinin sözlərinə əsasən, “BioNTech” və “Pfier” şirkətlərinin hazırladığı yüksək effektli vaksin sayəsində koronavirusun insanlar arasında yayılması 50 faiz azalacaq. Bu isə Pandemiyanın miqyasının kəskin azalacağı mənasına gəlir.
Gözlənilir ki, ilin sonuna qədər Böyük Britaniya “BioNTech” və “Pfier” şirkətlərindən 10 milyon ədəd vaksin alacaq. 30 milyon vaksin isə sifariş edilib. 6 ölkədə sınaqdan keçirilən vaksin iki doza olaraq 3 həftəlik intervalla vurulub. İlk növbədə siyahıya qocalar evində məskunlaşanlar daxildir. Sonra isə tibbi personal və yaşı 80-dən yuxarı olan insanlar nəzərdə tutulub. Növbəti mərhələlərdə isə yaşlara görə vaksin vurulacaq.
Alimlərin məqsədi gələn ilin aprel ayına qədər bütün dünya üzrə 300 milyon vaksin paylamaqdır. Bu isə pandemiya ilə mübarizədə başlanğıc cəhdlər olacaq. 2021-ci ilin yayında yoluxma səviyyəsi aşağı düşəcək. Bu səbəbdən payız və qışın başlamasına qədər dünya əhalisi arasında vaksinləşmənin böyük həcmdə olması vacibdir.
Sağlam Olun!!!