Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Osteoxondroz

Osteoxondroz

Ostexondroz xəstəliyi sürətlə gəncləşir. İndi osteoxondroz xəstəsi olanlar arasında əksəriyyət gənclərdir.

Kimlər risk altındadır?

Tədqiqatçılar deyirlər ki, osteoxondroz insan təkamülü üçün sanki ödəniləcək bədəldir, təkmilləşmə prosesi (yeni yaranan texnikalar hər biri insan təmbəlliyinin əsas səbəblərindən biridir) ilə bağlı fiziki fəaliyyətimiz azalır və əksinə emosional yükümüz artır. Müasir bir insan havada olmağa az vaxt sərf edir, idmanla məşğul olmur, saatlarca bir mövqedə oturur - bu hamısı onurğa sütünu və əzələ funksiyasının zədələnməsinə gətirib çıxardır.

Bu vəziyyətdə, disklərarası gərginliklər yaranır - fəqərələr sıxılır, bu da onurğa sinir sisteminin mikrotravmalarına gətirib çıxardır. Beləliklə, osteoxondroz yaranır.

Ofis işçiləri risk altında olanlardan ən öndə olanlardandırlar. Ofis işçiləri avtomatik olaraq boyun fəqərələrini əyir 7-8 saat ərzində hər gün "banan" formasında olurlar və baş sanki çiyinlərdən irəli gəlir. Bu zaman döş qəfəsi əyilməsi baş verir ki - bu hal kifoz adlanır. Əzələlərin güclü gərilməsi baş verir. Günlərin birində insan 6-7ci fəqərələri arasında güclü ağrı hiss edir.

Osteoxondrozdan necə qorunmaq olar?

  1. Xüsusi ortopedik oturacaq alın.
  2. Mümkün olduqca düz oturun, başınızı ətrafa əymədən "şah oturuşu" kimi, ayaqlar döşəməyə çatmalıdır.
  3. Klaviaturanı kifayət qədər aşağı, göbək səviyyəsində yerləşdirin. Monitor əksinə, daha yüksək səviyyədə - göz səviyyəsi bərabərliyinə qaldırılmalıdır.
  4. Uzun müddət materialı oxumaq gərəklidirsə,  kitabı kifayət qədər yüksəklikdə stendə yerləşdirmək lazımdır ki, oxuduğunuz zaman qarşıya əyilmək lazım gəlməsin.
  5. Kresloya yayılmaq vərdişindən xilas olun. Bu, bel - döş qəfəsinə baha başa otura bilər.
  6. İş yerində tez-tez ara verin. Təkcə qəhvə içmək deyil, ofisdə gəzmək, gimnastik hərəkətlər etmək mütləqdir. Əzələləri istirahət etdirmək üçün özünüzə azaçıq vaxt ayırın.

Sağlam olun!

Ortopedlər