Alimlər siqaret çəkmək ilə sümüklərin bütövlüyü arasında qarşılıqlı əlaqənin olduğunu təsdiqləyirlər.
Orta yaş və yaşlı insanların siqaret çəkmələri - xüsusilə kişilər, osteoporozu inkişaf etdirmək, sümük çıxıqlarının daha yüksək təhlükələrə sahib olma ehtimalına malik olmaları təsdiqləndi.
Sümük toxumalarının çox və ya az dərəcədə qiymətləndirilməsi siqaret çəkmə müddəti və xronik ağciyər xəstəliyinin olması ilə ölçülür.
Tədqiqatda nikotin bağımlılıqlı 45-80 yaşlarında olan 3300-dən çox adam iştirak edirdi.
Tomoqrafiyadan istifadə edərək, elm adamları, sınaqda iştirak edənlərin yalnız 11% -nin normal sümük sıxlığına malik olduğunu müşahidə etdilər. Siqaret çəkənlərin 31% orta göstəricilərə malik idi və 58% i kişilərdə - sümük sıxlığı xeyli azalmış, toxumaların həssaslıq dərəcəsi yüksək, 37 %-də isə artıq sümük sınması və onurğa sınıqları olan insanlar qrupuna ayrıldılar.
Osteoporozun inkişafı sümük toxumalarını əridir.
Təsdiq olunmuşdur ki, xəstəliyin ağır forması sümük kövrəkliyinin 84% -ə qədər artması zamanı baş verir.
Alimlər nikatinə bağlı olan insanların, xüsusən də kişilərin, o cümlədən, artıq siqaretdən imtina edənlərin mütəmadi olaraq osteoporozun mövcudluğunu yoxlatmağı məsləhət görürlər.
Belə həkim müayinələri, yoxlanışlar sizə erkən müalicəyə başlamağı tövsiyyə edə bilər və bu zaman osteoporozun, erkən sümük boşalmasının, sınıq və çıxıqların qarşısını almış olacaqsınız.
Sağlam olun!