Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Oftalmoloqa müraciət etməyin 5 səbəbi

Oftalmoloqa müraciət etməyin 5 səbəbi

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. 
Bu rəqəm ildən-ilə artır və hazırda, hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur. Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompüter, planşet, telefonun ekranına baxmaqla keçirirlər. 
Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır. 
Məqalə.Net-in saglamolun.az-a istinadən təqdim etdiyi bu yazı sizi görmə pozulmalarının bəzi simptomları ilə tanış edir. Özünüzdə bu simptomları müşahidə etmisinizsə, oftalmoloqa müraciət edin. 
- Tez-tez təkrarlanan baş ağrıları. 
"Səbəbsiz" baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu görmənin pisləşməsinin əlaməti ola bilər. 
- Baş gicəllənməsi. 
Bunun səbəbi də görmənin pisləşməsi, düzgün seçilməmiş eynək və ya kontakt linzaları ola bilər. Bəzən insanlar həkimlə məsləhətləşmədən eynək alır və ya digər insanların eynəklərindən istifadə edirlər. Bu çox təhlükəlidir və çox ağır nəticələrə gətirib çıxarda bilər. 
- Oxuma zamanı tez yorulursunuz, xoşladığınız kinoya sona qədər baxa bilmirsiniz. 
Bu da çox xarakterli simptomdur. Gözlər gərgin olur və bu da daha tez yorulmağa səbəb olur. 
- Göz yorğunluğu, gözlərdə yandırma və qaşınma. 
- Gözlərin qarşısında xətlərin, nöqtələrin "üzməsi".
 
Bu, çox təhlükəli simptomdur. Bunun səbəbi müxtəlif ağır göz xəstəlikləri ola bilər.

Oftalmoloqlar