Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Ofis fitnesi

Ofis fitnesi

Həyatımızın üçdə birini işdə masa arxasında keçiririk, oturarkən və ya ayaq üstə olarkən hərəkətliliyimiz məhdudlaşır. Bunun zərərli olduğunu bilirik, lakin qarşısını almaq üçün heç nə etmirik. İdman zalına getmək üçün nələrsə çatmır - pul, vaxt və ya digər vasitələr. Sonda səhlənkarlıq pis nəticələrə gətirib çıxarır.

Əzələlərin atrofiyası baş verir, oynaq və sümüklərin yükü artırır. Qan dövranı pisləşir, metabolizm ləngiyir. Artıq çəki, sidik kisəsi xəstəlikləri, bağırsaq atoniyası, hemoroid xəstəliklərini yaranır. Hərəkətin məhdudlaşması varikoz damarların yaranmasına və tromboza səbəb olur. Bu xəstəliklərlə qarşılaşmamaq üçün ərtafa nəzər yetirin. Ofis pulsuz trinajorlarla doludur. İstifadə etməniz yetərlidir. Misal olaraq, ötən ilin hesabat papkası - qantel, stol - qol güc məşqləri etmək üçün dayaq yeri, stuldan tutacaq kimi istifadə edə bilərsiniz. İş masanızı, kompüterinizi tərk etmədən effektiv təlim edə bilərsiniz.

  • Artikulyar gimnastika ilə başlayın. Başınızı müxtəlif istiqamətlərə əyin, çiyinləri qaldırın, dirsəkləri gimnastik hərəkətlətlə döndərin.
  • Kreslodan qalxmadan, bədəninizi yanlara əyin.
  • Onurga sütununuzu irəli əyərək, əllərini dizlərinizə tərəf və çiyinlərə doğru yuxarıya uzatmaq olar. Ayağa qalxın, ovuclarınızı masaya yerləşdirin və belinizə doğru dartınmalar edin.
  • Bir neçə dəfə oturub qalxın.
  • Hoppanmaq, yerinizdə qaçış edib və ya gəzərək sənədləri paylaya bilərsiniz.

Sağlam olun!

Revmatoloqlar