Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Niyə həkimlər banka və ya qorçiçnik qoyulmasına qarşıdırlar?

Niyə həkimlər banka və ya qorçiçnik qoyulmasına qarşıdırlar?

Çoxlarına uşaqlıqda banka və ya xardal tərkibli plastrlar qoyulmuşdur. 

Əvvəllər bu, soyuqdəymə xəstəliklərinin müalicəsi üçün ən etibarlı üsullardan biri sayılırdı.
Ancaq hal-hazırda müasir təbabət bu üsulların tərəfinə gəlmir.

Belə ki, xardal tərkibli plastrlar nə dərəcədə səmərəlidir, və ya hansı hallarda onları bədənə tətbiq etmək olar? Əslində həkimlər "soyuqdəymənin müalicəsində kömək edirmi?" sualına dəqiq cavab verə bilirlər, çünki təsdiqlənən fikri, elmi cəhətdən sübut etmək lazımdır.

Şübhəsiz ki, banka qoyulması zamanı həmin nahiyyədə qan dövranı dövriyyəsi güclənir. Lakin xardal tərkibli plastrların qoyulması zamanı, məlum deyil ki, ağciyər orqanının fəaliyyətinə nə dərəcədə zərər verir, qan dövranını stimullaşdırır və yaxud yox?! Bel bankaları ilə bağlı mütəxəssislər bildirirlər ki, banka və "qorçiçnik" qoyma proseduru düzgün həyata keçirilməlidir. Əks təqdirdə damar-əzələ sistemini zədələnməsi riski baş verə bilər. Bununla yanaşı, bu prosedurların qoyulması sahəsində ciddi əks göstərişlər vardır.

Dəridə hər hansı bir problem mövcuddursa bu kimi prosedurlar həyata keçirilə bilməz. Dərinin soyulması, sıyrılması, sızanaqlar və ya iltihabı varsa, vəziyyəti dahada ağırlaşdıra bilərsiniz.

Həkimlər köhnə müalicəvi üsullara qarşıdırlarsa, onda təbii üsullarlarla necə müalicə olunaq sualını verə bilərsiniz? 

Bolluca moruqlu, zoğallı, bitki tərkibli çaylardan qəbul etmək ən gözəl vasitələrdən biridir, bu zaman bədəniniz tərləyəcək toksinlər orqanizmdən yavaş-yavaş ifrazat yolu ilə çıxacaqdır. Qurudulmuş meyvələrdən hazırlanmış kompot kalium ilə zəngindir, bu da ürək və qan damarlarının işini yaxşılaşdıracaqdır. Bundan əlavə, burnu təmizləmək üçün duzu su ilə həll edib buruna damcıladaraq nəfəs yollarını aça bilərsiniz.

Bu, tez bir zamanda soyuqdəymə ilə mübarizə aparmaq üçün kömək edəcəkdir.

Bu prosedurun sonunda, təbii bitki dəmləmələri ilə boğazı yaxalamaq məsləhət görülür.

Sağlam olun!

Terapevtlər