Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Narahat ayaqlar sindromu

Narahat ayaqlar sindromu

Narahat ayaqlar sindromu - sinir sisteminin ciddi pozğunluğu olub, ayaqlarda narahatlıq hissi, yanma hissi, bükülmə, qaşınma, sıxılma və ya sürtmə hissi ilə xarakterizə olan dəyişiklikdir.

Əvvəllər bu xəstəlik əsasən 40 yaşdan yuxarı olan insanlarda müşahidə olunurdusa, bu gün NAS diaqnozu gənclərdə daha çox müşahidə olunur.
Sindromun müalicəsində, ilk növbədə, ona səbəb olan əsas xəstəliyin terapiyasına diqqət yetirmək lazımdır. Xəstələr spirt və kofeinin istifadəsini azaltmalı və ya tam məhdudlaşdırılmalıdır.

Şəxs az siqaret çəkməyə başlayırsa əlamətlərin əhəmiyyətli dərəcədə azalmasının şahidi olacaqdır. Soyuq və isti hamam, yaxşı zehni fəaliyyət, ayaq masajı faydalı terapiya vasitələridir. Fizioterapevtik prosedurlar arasında palçıq, maqnit terapiyası, masaj və limfopress prosedurlarına xüsusi diqqət yetirilməlidir.

Dərman vasitələri olaraq Parkinson xəstəliyində istifadə olunan eyni maddələr istifadə oluna bilər: antikonvulsantlar, benzodiazepinlər və bəzi hallarda müəyyən uyuşdurucu maddələr. Simptomlar dəmir çatışmazlığından qaynaqlanırsa, xəstəyə uyğun pəhriz müəyyən olunmalı və dəmir sulfat tərkibli tablet verilməlidir.

Bu tip dərmanlar tablet formasında qəbul edilir. Xəstəliyin yüngül formaları hipnotik üsullarla və trankvilizatorlar ilə müalicə olunur.

Sağlam olun!

Terapevtlər